Icma.az
close
up
RU
Azərbaycanda kitab oxumaq vərdişi niyə sıradan çıxır? YAZAR SƏBƏBLƏRİ AÇIQLADI

Azərbaycanda kitab oxumaq vərdişi niyə sıradan çıxır? YAZAR SƏBƏBLƏRİ AÇIQLADI

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dövrdə texnologiyanın sürətli inkişafı və rəqəmsal medianın geniş yayılması insanların informasiya əldəetmə üsullarını dəyişib. Bu kontekstdə ortaya belə bir sual çıxır.

İnsanlar niyə kitab oxumağa maraq göstərmir? Kitab oxuma vərdişinin azalmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı bildirib ki, mütaliə həvəsi insanın zəkasına, zehninə, analiz qabiliyyətinə, təxəyyülünə, empatiyasına müsbət təsir edir:

“Əgər yaradıcılığınızı, iş potensialınızı artırmaq üçün bir yol axtarırsınızsa, mütaliənizi artırın. Əgər cismani sağlamlığımızın rəhni idmandırsa, mütaliə də ruhumuzun idmanıdır. Çünki idman bədənimizi gücləndirdiyi kimi, oxumaq da zehnimizi gücləndirir. Biz mütaliə edərkən beynimizlə məlumatları emal edirik, bizə lazım olan informasiyaları yaddaşımızın bir küncünə həkk edirik. Bunu edərkən yaddaşa və qavramağa kömək edən beyin əzələlərimizi məşq etdiririk. Daha çox oxuduqca ustalaşırıq, getdikcə yaddaşımız daha möhkəm olur. Yəni, mütaliə etmək zehnimizi iti saxlamaq üçün əla üsuldur. 

Kitab oxumaq vərdiş halını alarsa, oxuyan insan mütləq faydasını görəcək. Bir kitabı mütaliə etməklə nə mədəni, nə ziyalı, nə intellektual ola bilmərik. Bəzən görürük ki, bir kitabı oxuyan insan buna alışa bilmədiyini, bezdiyini, adaptasiya olmadığını deyir. Kitabı sevmək üçün oxumaq vərdiş halını almalıdır, vərdişi qazanmaq üçün isə ilk oxuyacağımız kitabı düzgün seçməyimiz şərtdir. Çünki vərdiş formalaşdırmaq üçün oxunacaq ilk kitab oxucunu yormamalı və zövqünə uyğun olmalıdır.  Araşdırmalara görə, bir davranışın vərdiş halına gəlməsi üçün 21 gün təkrarlanması lazımdır. Ən azı 21 gün müntəzəm olaraq kitab mütaliə edilərsə, oxuma vərdişi formalaşacaq”. 

Sosioloq əlavə olaraq qeyd edib ki, təəssüf ki, internet əsrində kitab mütaliəsi ikinci plana keçərək yoxa çıxmaq üzrədir:

“Əvvəl bizə lazım olan məlumatları ensiklopediyadan, kitablardan öyrənirdiksə indi bunun üçün ilk internetə baxırıq. İnternet işimizi asanlaşdırıb, amma mədəni bacarıqlarımızı, zövqümüzü, oxumaq alışqanlığımızı məhv edib. Biz asanın arxasınca qaçıb özümüzü çətinə salırıq əslində.

Çünki mütaliəsiz insan cansıxıcı olur, ünsiyyət bacarığı, yaxşı söhbət yoldaşlığı olmur. Bu da zamanla tənhalığa, ünsiyyətsizliyə, sosial şəbəkə asılılığına yol açır”.

Yazıçı Aysel Əlizadənin fikrincə, bir ölkənin mədəniyyət siyasəti formalaşdırır:

“Parlamentdə mədəniyyət komitəsi və Azərbaycanın Mədəniyyət Nazirliyi mövcuddur. Dövlətin kitab siyasəti də bu çərçivədə yer alır və övladları oxutdurmaq ciddi məsuliyyət tələb edir. Bu məsələyə ciddi proqramlı şəkildə yanaşılır və kitab hər sahədə təbliğ olunur. Kitab oxuma vərdişi necə yaranır? Vərdiş işə cəlb etməklə yaranır. Bunun üçün işlər görüb planlar qurulur, proqramlar hazırlanır. Lakin əgər mədəniyyət və kitab siyasəti ayrı-ayrı sahələrə bölünürsə, bu, əhalinin kitab oxuma vərdişinin azalmasına səbəb olur”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri