Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Azərbaycanda maaş artır, məşğulluq azalır”

“Azərbaycanda maaş artır, məşğulluq azalır”

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda muzdla çalışanların sayı azalıb, əməkhaqqı 7 faiz artıb.

2026-cı il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər təşkil edib.

Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışanların 844,6 min nəfəri dövlət, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2026-cı il iyulun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı iyunun 1-i ilə müqayisədə 3,2 min nəfər və ya 0,18 faiz azalıb.

İyunun 1-i ilə müqayisədə ümumi işçi sayında 3,2 min nəfər və ya 0,18 faiz azalıb. Dövlət sektorunda çalışanların sayı bir ay ərzində 15,3 min nəfər (1,78 faiz) azalaraq 844,6 min nəfərə düşüb. Qeyri-dövlət sektorunda isə əksinə, işçi sayı 12,1 min nəfər (1,3 faiz) artaraq 942,8 min nəfərə çatıb.

Muzdla çalışanların iqtisadi fəaliyyət sahələri üzrə bölgüsünə gəlincə, onların 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi səhiyyə və sosial xidmətlər, 6,7 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışıb.

Muzdla çalışanların 15,1 faizi isə iqtisadiyyatın başqa sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-iyun aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 1174,4 manat təşkil edib.

Dövlət sektorunda işçilərin sayının azalmasının səbəbi nədir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, əmək bazarında dövlət sektorundan özəl sektora doğru müəyyən yerdəyişmə gedir: “Azərbaycanda əmək bazarının son göstəriciləri ilk baxışda müsbət, əslində isə kifayət qədər düşündürücü mənzərə ortaya qoyur. 2026-cı ilin ilk altı ayında orta aylıq nominal əməkhaqqının 7 faiz artaraq 1174,4 manata çatması müsbət göstəricidir. Amma eyni dövrdə muzdla çalışanların sayının azalması əmək bazarında daha ciddi suallar yaradır. Bu dediyiniz rəqəmlərə baxanda cəmi bir ay ərzində 3,2 min nəfərlik azalma deməkdir. Lakin əsas məsələ ümumi azalmanın hansı sektorda baş verməsidir.

Dövlət sektorunda çalışanların sayı bir ayda 15,3 min nəfər və ya 1,78 faiz azalıb. Qeyri-dövlət sektorunda isə əksinə, 12,1 min nəfərlik və ya 1,3 faizlik artım qeydə alınıb. Bu rəqəmlər bizə bir mesaj verir ki, əmək bazarında dövlət sektorundan özəl sektora doğru müəyyən yerdəyişmə gedir.

Amma burada bir məsələni xüsusilə vurğulamaq lazımdır. Əgər dövlət sektorunda iş yerləri azalır, özəl sektorda isə artım baş verirsə, bu dəyişiklik yalnız işçilərin bir sektordan digərinə keçməsi ilə məhdudlaşmamalıdır. Əsas sual budur o , özəl sektor neçə yeni və keyfiyyətli iş yeri yaradır?

Çünki iqtisadiyyatın sağlam inkişafının göstəricisi dövlət qurumlarında ştatların artırılması deyil, özəl sektorda məhsuldar, yüksək əlavə dəyər yaradan və yüksək əməkhaqqı verən iş yerlərinin çoxalmasıdır”.

Asif İbrahimovun sözlərinə görə, növbəti mərhələnin əsas hədəfi sadəcə əməkhaqqının artırılması deyil: “Əməkhaqqının 7 faiz artmasını da yalnız nominal rəqəm kimi təqdim etmək düzgün deyil. İnsan üçün əsas olan maaşın neçə faiz artması yox, həmin maaşla nə qədər çox mal və xidmət ala bilməsidir. Bunun üçün nominal əməkhaqqı artımını inflyasiya ilə müqayisə etmək lazımdır.

Mənim fikrimcə, Azərbaycan iqtisadiyyatında artıq növbəti mərhələnin əsas hədəfi sadəcə əməkhaqqının artırılması deyil. Əsas hədəf əmək məhsuldarlığının yüksəldilməsi, yüksək əlavə dəyər yaradan sahələrin genişləndirilməsi və daha çox yüksək maaşlı iş yerlərinin yaradılması olmalıdır”.

Asif İbrahimov vurğulayıb ki, əməkhaqqı artsa da, iş yerləri kifayət qədər yoxdursa, bu dayanıqlı model deyil: “Bu gün 1174 manat orta əməkhaqqı artan rəqəmdir, amma biz bunun arxasında hansı iqtisadi məhsuldarlığın dayandığına baxmalıyıq. Əgər əməkhaqqı artır, amma iqtisadiyyat yeni və məhsuldar iş yerlərini kifayət qədər sürətlə yaratmırsa, bu, uzunmüddətli perspektivdə dayanıqlı model deyil.

Bir sözlə, rəqəmlərin bizə dediyi budur: maaş artır, amma məşğulluq azalır. İndi əsas məsələ bu iki göstəricinin niyə eyni istiqamətdə hərəkət etmədiyini izah etməkdir. Azərbaycanın əmək bazarının gələcəyi məhz bu suala veriləcək cavabdan asılıdır”, - deyə Asif İbrahimov bildirib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Avqust 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri