ABŞ Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 oktyabr, AZƏRTAC
ABŞ-Ukrayna Birgə İnvestisiya Fondu kritik mineralların hasilatı sahəsində ilk müqaviləsini imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) investisiya bölməsinin rəhbəri Konor Kolmana istinadla məlumat yayıb.
Müqavilə ukraynalı milyarder Gennadi Butkeviçin təsis etdiyi “BGV Group” ilə birgə investisiya platformasına təxminən 30 milyon dollar yatırılmasını nəzərdə tutur.
Kolmanın sözlərinə görə, platforma Ukraynada uran, berillium və sirkonium daxil olmaqla kritik minerallarla bağlı layihələri həyata keçirəcək.
Məlumata görə, fond Ukraynada enerji infrastrukturunun gücləndirilməsinə yönəlmiş daha dörd layihə üzərində də işləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 03 Oktyabr 2026 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















