Icma.az
close
up
RU
AZƏRBAYCANDA MAAŞ NİYƏ ERMƏNİSTAN VƏ GÜRCÜSTANDAN AZDIR? Ekspertlər arasında mübahisə

AZƏRBAYCANDA MAAŞ NİYƏ ERMƏNİSTAN VƏ GÜRCÜSTANDAN AZDIR? Ekspertlər arasında mübahisə

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“2024-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 1009 manat (593,6 dollar) olub. Bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Məsələn, Ermənistanda orta aylıq məvacib az qala 900 dollara çatıb. Gürcüstanda isə 2024-cü ilin 3-cü rübünün göstərici 753,4 dollar olub. Yəqin ki ilin sonuna daha da artar”.

Hurriyyet.az bildirir ki, bu barədə tanınmış iqtisadçı Samir Əliyev “Facebook” hesabında yazıb. O, Cənubi Qafqaz ölkələrində orta aylıq əməkhaqqın göstəriciləri ilə bağlı diaqram da yerləşdirib. Ekspertin sözlərinə görə, Azərbaycanda ən yüksək maaşlı sektor mədən sənayesi (1971 dollar), yəni neft-qaz sektorudur. “Bu sektor üzrə maaşlar ölkə üzrə orta göstəricidən bir qayda olaraq 3-4 dəfə yüksək olur. İkinci ən yüksək maaş olan sektor isə maliyyə sektorudur (1370 dollar). Bu sahə üzrə fərq 2-3 dəfə təşkil edir”, - o əlavə edib.

İqtisadçı daha sonra qonşu ölkələrin müvafiq göstəricilərinə nəzər salıb: “Gürcüstanda yüksək maaşlı sahə informasiya və kommunikasiya (1490 dollar), tikinti (1174 dollar), maliyyə (1170 dollar) və elmi-texniki fəaliyyət sahələri (1282 dollar) hesab olunur. Ermənistanda əhali ən çox maaşı maliyyə (3200 dollar) və informasiya və rabitə (2400 dollar) sektorlarından alır”.

İqtisadçı İlham Şaban isə həmkarı ilə razılaşmır: “Bu qrafikdən nə nəticə çıxartmaq olar? 2021-ci ildə Cənubi Qafqaz ölkələri əmək haqlarının məbləğinə görə faktiki eyni start vəziyyətində idilər. Bəs necə oldu ki, 2022-2024-də vəziyyət dəyişdi və Ermənistanla Gürcüstan kifayət qədər irəlilyə bildilər? Azərbaycan konservativ iqtisadi siyasətə malikdir, yəni ümumi iqtisadiyyatı kiçik templərlə artır, özəl sektorun manevr imkanları aşağıdır və hansısa layihələrin icrasının sürətinin neft gəlirlərindən asılılığı mövcuddur (Qarabağdakı quruculuq layihələrindən kənar)”.

Ekspert vurğulayır ki, Azərbaycanda vergi ödəyicilərinin yarısı dövlət sektoruna bağlıdır. Onun sözlərinə görə, özəl sektor gəlirlər məsələsində təqribən 35% neft-qaz sektoruna xidmətdən qazanır. 

“Bu baxımdan Azərbaycanda özəl sektorun əsası kiçik biznesdə cəmləşib və əməkhaqqının artımı burada daim aşağı templə müşahidə edilir. Məsələn, 2007-2010-cu illərdə mağazada işləyən personal 300-350 manat əmək haqqı alırdısa, 15-18 il sonra 450-500 manat arasında əməkhaqqına işləyir”, - bildirib.

İ.Şaban hesab edir ki, Ermənistanla Gürcüstanda vəziyyət fərqlidir və bu fərqlilik özəl sektordakı çeviklikdən görünür. 

“Rusiya - Ukrayna müharibəsi başlayandan sonra hər iki ölkəyə axın oldu. Relokantlar minlərlə kiçik və orta müəssisə yaratdılar və nəticə qrafikdəki kimi (Azərbaycan digər qonuşlardan geridədir) oldu”, - iqtisadçı vurğulayıb.

Digər iqtisadçı Toğrul Vəliyev isə İlham Şabanın fikirləri ilə razılaşmır: “Paralel idxal Gürcüstan və Ermənistanda orta əməkhaqlarına necə təsir edib ki? Ermənistan haqqında dəqiq məlumatım yoxdur, amma Gürcüstanda məşğul olanların böyük hissəsinin paralel idxala heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə, qrafikdən göründüyü odur ki, ciddi təsiri yoxdur. Yəni Azərbaycanda maaş davamlı olaraq daha aşağı idi. Sadəcə orada inflyasiyaya cavab olaraq daha ciddi artım var. Relokantların da Gürcüstan iqtisadiyyatına təsiri minimal idi - yalnız qiymət artımına səbəb oldular və sonra da çıxıb getdilər. Bizdə orta aylıq əməkhaqqı minimaldan asılıdır, orada belə bir anlayış yoxdur. Bu azmış kimi medianları müqayisə etsək, qat-qat fərq olacaq”.

T.Vəliyev sual edir ki, "nəqliyyat dəhlizi" olan Azərbaycan niyə paralel idxaldan istifadə etməyib?

“Ermənistanda isə İT sektoruna təsir etdiyini təxmin edə bilərəm. Kifayət qədər çoxlu sayda iş yeri açıldı. Bəs Azərbaycan bundan niyə istifadə edə bilmədi”, - ekspert daha bir sual ünvanlayıb.

Mübahisələrə qoşulan iqtisadçı Samir Əliyev isə xatırladır ki, 2018-ci ildə orta aylıq əməkhaqqı belə olub: Azərbaycan - 320,1, Ermənistan 357,1, Gürcüstanda isə 399,1 dollar. 

“Yəni Rusiya-Ukrayna müharibəsindən xeyli öncə Azərbaycanda orta aylıq əməkhaqqı qonşu ölkələrdən aşağı idi”, - o vurğulayıb.

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri