Icma.az
close
up
RU
“Ermənistan çox ucuz satıldı” Əcnəbi ekspertlər ABŞ Ermənistan xartiyası haqda

“Ermənistan çox ucuz satıldı” Əcnəbi ekspertlər ABŞ Ermənistan xartiyası haqda

Co Baydenin prezidentliyinin sonunda imzalanmış ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyası ekspertlər və politoloqlar arasında şübhə doğurur, çünki sənəd praktiki olaraq, demokratların son günlərində bir növ ABŞ-dakı erməni lobbisinin xidmətlərini ödəmək üçün tələm-tələsik göstərilmiş cəhdin nəticəsi kimi imzalanıb.

Əcnəbi ekspertlər xartiyanın mahiyyəti haqda fikrilərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Şərhləri oxucularımıza təqdim edirik.

Alman politoloqu Yevgeni Kudryatsın fikrincə, xartiyanın regionda geosiyasətə güclü təsir göstərməsi ehtimalı azdır və İrəvana heç bir maddi xal və ya bonus verməyəcək. O qeyd edib ki, Vaşinqtonun müxtəlif ölkələrlə bu cür sazişləri çoxdur.

“Xartiyanın imzalanmasının özü təəccüblü fakt deyil, çünki Ermənistan Moskva ilə əməkdaşlıqdan və ümumiyyətlə, Rusiyanın təsirindən sürətlə uzaqlaşır. Amma ən maraqlısı odur ki, İrəvanın bu addımı Moskvada təmkinli qarşılandı. Ola bilsin, Moskva anlayır ki, İrəvan tezliklə öz dırmığı ilə addımlayacaq: fakt odur ki, Ermənistan ötən il Avropa İttifaqına daxil olmaq təşəbbüsü ilə çıxış edib və Brüssel bu qərarı fəal şəkildə dəstəkləyir, eyni zamanda İrəvan Avrasiya İqtisadi İttifaqıbda qalmaq və ordakı bütün imtiyazları ilə fayda almaq arzusunu ifadə edir.

Eyni zamanda, Rusiya açıq şəkildə bildirdi ki, Aİ-yə inteqrasiya olarsa, Ermənistan aydın şəkildə tərəf seçmək məcburiyyətində qalacaq və sözsüz ki, Aİİ üzvlüyündən ayrılmalı olacaq. Paşinyan, görünür, bu məsələni mümkün qədər ehtiyatla həll etməyə çalışır, lakin artıq aydındır ki, Qərblə yaxınlaşma prosesi İrəvan üçün ağrısız keçməyəcək.

ABŞ-la razılaşma halında, hər şey Yerevan üçün gözlənilməz siyasi fəsadlara da çevrilə bilər– Ermənistanda onlar şahmat taxtasında gedişləri ümumiyyətlə pis hesablayırlar. Mənə elə gəlir ki, Azərbaycan burada qətiyyən reaksiya verməməlidir– bu, çoxvektorlu və tamamilə müstəqil siyasət aparan, Ermənistandan fərqli olaraq heç bir suverenin dəstəyinə ehtiyac duymayan və buna görə də İrəvana yüz addım “fora” verə biləcək bir ölkədir.

Trampın bu xartiyaya münasibətini dəqiq söyləmək çətindir, lakin çox güman ki, ABŞ-ın yeni prezidenti hələlik onu qüvvədə saxlayacaq. Amerika Rusiyanın regiondakı təsirinə qarşı bir sipər kimi Ermənistana təsir göstərməkdə maraqlıdır, lakin vəziyyət hələ də kəskin şəkildə dəyişə bilər”, - E.Kudryats hesab edir.

MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının eksperti Oleq Leşenyukun fikrincə, Ermənistanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın fəallaşması həm Ermənistanın özü, həm də bütün region üçün kifayət qədər ciddi nəticələr verə bilər.

“Müqavilə ikili təyinatlı malların ixracına nəzarət edən işçi qrupunun yaradılmasını, məlumat mübadiləsini nəzərdə tutur; Müdafiə və təhlükəsizlik sahəsində də beş nöqtə var ki, onlar çərçivəsində ikitərəfli məsləhətləşmələrə başlanılacaq. ABŞ Ermənistan hərbçiləri, həmçinin polis və digər təhlükəsizlik xidmətlərinə təlimlərə başlayacaq. Bu, Qafqazda və Avrasiyada gərginliyin artması üçün ilkin şərtlər yaradacaq.

Hazırda Ermənistan Azərbaycanla sülh müqaviləsini əngəlləməkdə davam edir, sərhədlərin delimitasiyası məsələsini ləngidir, eyni zamanda Qərb tərəfdaşları ilə fəal strateji əlaqələr qurur və Aİ-yə daxil olmaq arzusunu bəyan edir. Eyni zamanda, Paşinyanın bu üzvlüyü “dondurmaq” cəhdlərinə baxmayaraq, Ermənistan hələ də Aİİ, MDB və KTMT-nin üzvüdür. Daha bir ölkə Qərbin vədlərinə, maliyyə inyeksiyalarına təslim olur və çox güman ki, yaxın vaxtlarda NATO-ya üzv olmaq istəyi ilə bağlı bəyanatlar eşidəcəyik. Bu isə artıq NATO-nun şərqə doğru daha da genişlənməsi üçün ilkin şərtlər yaradacaq”,- politoloq hesab edir.

Siyasi elmlər namizədi, rusiyalı politoloq Dmitri Qradovun fikrincə, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında Xartiya kifayət qədər qeyri-müəyyən sənəddir, İrəvan üçün konkret siyasi təminatlar və ya siyasi “çətir” deyil.

“İlk növbədə biz başa düşməliyik ki, bu cür sazişlər ABŞ üçün maraqlıdır, çünki onlar qarşı tərəflə kəşfiyyat, casusluq və regiondakı qonşular haqqında onlara strateji məlumatların ötürülməsi sahəsində əməkdaşlığı praktiki olaraq qanuniləşdirir, o cümlədən hərbi-texniki əməkdaşlığı- əgər varsa. Yəni Ermənistan beləliklə, ABŞ-ın Cənubi Qafqazda rəsmi casus mərkəzinə çevrilir– bütün digər məsələlər Vaşinqton üçün daha az maraqlıdır. Bəzi siyasi dairələrin qeyri-müəyyən vədlərinə görə Ermənistan həm də ABŞ-ın nüvə enerjisi sahəsində təcrübələri üçün sınaq meydançasına çevrilməyə hazırdır, bir sıra Amerika modul tipli mini atom elektrik stansiyalarına ev sahibliyi etməyə razıdır, digər ölkələr isə heç də əməkdaşlıq etmək istəmirlər. ABŞ ilə bu sahədə- ekologiya və layihələrin dəyəri ilə bağlı suallar var.

Sazişin özü çox qeyri-müəyyən təminat və öhdəliklərə malik sənəddir, daha çox memorandumu xatırladır, məsələn, ABŞ və Gürcüstan və Ukrayna arasında oxşar sazişləri müqayisə etsək. Sonuncu hallarda daha çox konkretliklər və konkret öhdəliklər var ki, bu da Ermənistanın ucuz qiymətə, əvəzində çox az vədlər verilməklə alındığı fikrini təsdiqləyir. Bəli, ola bilsin ki, Bakı ilə İrəvan arasında ciddi hərbi münaqişə yaranarsa, ABŞ Ermənistana müəyyən siyasi dəstək verə bilər, lakin bu sənədi icrada son dərəcə formal edə biləcək Tramp və komandasının gəlişi, çox şeyi ciddi şəkildə ləğv edir. Bəli, Tramp və Dövlət Departamenti, şübhəsiz ki, sənədin hərbi-texniki şərtləri fonunda Rusiyaya qarşı yenə də kəşfiyyat və casusluq sahəsində maraqlı olacaq, lakin bütün digər məsələlərdə hər şey ləngiyə bilər.

Mümkündür ki, ABŞ Ermənistan iqtisadiyyatını kapitalla maliyyələşdirməyi öhdəsinə götürəcək– əslində bu qəbildən olan razılaşmalar bunu nəzərdə tutur, lakin Trampın dövründə bu prosesin nə dərəcədə aktiv olacağı da böyük sualdır. Yadda saxlamaq lazımdır ki, Tramp gözlənilməz oyunçudur və qaydalarla oynamaya bilər, ona görə də İrəvan düşünürsə ki, onlar ABŞ-ı Trampın riayət etməyə məcbur olacağı bəzi qeyd-şərtsiz öhdəliklərlə bağlamağı bacarıblar, bu, böyük səhvdir. Yada salaq ki, Tramp İranla razılaşmanı necə inamlı və qəfil pozdu, Tehranı ikili oyun oynamaqda ittiham etdi, baxmayaraq ki, Obama dövründə İranla əməkdaşlıq üzərində iş çox uzun və əziyyətli idi. Çinlə də eyni vəziyyətdir. Tramp ikili və qeyri-müəyyən öhdəliklərlə əməkdaşlığı alqışlamayan siyasətçidir, ona görə də Ermənistan məhz ABŞ üçün son dərəcə şübhəli müttəfiqdir, Tramp Moskva ilə ortaq dil tapmaq üçün hətta fədakarlıq edə bilər. Belə olan halda İrəvan güclü geosiyasi məğlubiyyətə düçar olacaq və nəhayət, regionda öz siyasi çəkisini itirəcək– bununla belə, regiondakı qonşularından heç birinin bundan təəssüflənəcəyi ehtimalı azdır.

Və nəhayət, tortun üstündəki albalı, xüsusən də İrəvanın bu cür xəyanətinə biganə qala bilməyən Tehranın bu hərəkətə necə reaksiya verəcəyi məsələsi. Biz artıq görürük ki, Tehran regionda Rusiya ilə əməkdaşlığı gücləndirir və bu tandem İrəvana təzyiqləri artıra bilər və İrəvan üçün hətta ABŞ da daxil olmaqla belə təzyiqlərə qarşı durmaq son dərəcə çətin olacaq”,- deyə D.Qradov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri