Azərbaycanda maliyyə bazarı iştirakçılarının davranışı qaydaları hazırlanır
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə birlikdə maliyyə bazarı iştirakçılarının davranışı qaydaları üzərində işləyir.
"Report" xəbər verir ki, bunu AMB-nin Baş direktoru Şahin Mahmudzadə təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bu il bu qaydaları açıqlamağı planlaşdırırıq. Qaydalar müştərilərə qarşı ədalətli davranışı, onlarla müqavilə bağlamazdan əvvəl şərtlərin açıqlanmasını, müqavilə müddətində mümkün problemlərin həllini, müqavilə bitdikdən sonra müştərilərlə necə davranılmasını əhatə edəcək. Qaydalar 8 fəsildə hazırlanıb. Bundan başqa, bazar davranışlarının AMB-nin nəzarət çərçivəsinə inteqrasiyasını planlaşdırırıq", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















