Icma.az
close
up
RU
Azərbaycanda maşınsız insan qalmayacaq AÇIQLAMA

Azərbaycanda maşınsız insan qalmayacaq AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda uzun müddətdir yerli istehsal kimi tanınan "Xəzər" markasının hibrid və elektrik avtomobillərinin istehsalı nəzərdə tutulur.

Bu, ölkədə hibrid maşınların qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, əgər bu istehsala başlanılsa, bunun hazırkı mərhələdə ən əsas məqamı qiymətlərə təsiridir:

"Hal-hazırda mövcud olan qiymət artımına bu amilin təsiri olacaq. Çünki aşağı büdcəli insanlar istər-istəməz bu avtomobillərə üz tutacaqlar. Üstəlik, hibrid və elektrik olması daha çox maraq oyadacaq. Bu da ümumi bazarda artan qiymətlərin uzun müddət qalmasına imkan verməyəcək, əgər bu istehsala başlanılsa, qiymətlər çox da yüksək səviyyədə qalmayacaq. Digər bir fikrim isə ondan ibarətdir ki, bu avtomobillər əvvəllər əsasən fiziki məhdudiyyəti olan insanlara, şəhid ailələrinə və qazilərə verilirdi. Qazilərin bəziləri müharibədən sonra əlini, ayağını itirmiş və ya digər fiziki məhdudiyyətlərlə üzləşmişdi. Lakin həmin avtomobillər avtomat sürətlər qutusu ilə təchiz olunmadığı üçün onları özləri idarə edə bilmirdilər, əsasən yaxınları idarə edirdi. İndi isə əgər bu avtomobillər avtomat sürətlər qutusu ilə istehsal olunacaq deyə onlar üçün böyük üstünlük olacaq.

Beləliklə, növbəti mərhələdə fiziki məhdudiyyəti olan insanlara bu avtomobillər verilərsə, bu, artıq onların özləri üçün də ciddi bir yenilik və rahatlıq yaradacaq. Çünki uzun müddətdir ki, bu barədə gözləntilər var, müraciətlər edilir. Onlar bildirirlər ki, mexaniki sürətlər qutusu olan avtomobilləri idarə edə bilmirlər. Hətta indiyə qədər verilmiş avtomobillər dəyişdirilsə də, bu çox müsbət addım olar. Çünki bəzi qazilər mexaniki sürətlər qutusunu idarə edə bilməsələr də, avtomat sürətlər qutusunu rahatlıqla idarə edə bilirlər. Fiziki məhdudiyyətləri olsa belə, avtomat sürətlər qutusunu idarə etmək üçün bir əl və bir ayaq kifayətdir".

Müsahibimiz vurğuladı ki, bu təşəbbüs hazırda çox vacibdir:

"Çünki ƏDV-dən azadolma məsələsi artıq başa çatıb, ilin sonudur və bazarda qiymətlər ümumilikdə yüksəlib. Bu avtomobillər hər kəs üçün nəzərdə tutulmasa da, əsasən aşağı büdcəli insanlar üçün uyğun avtomobillərdir. Taksi kimi istifadəyə yararlıdır, eyni zamanda regionlarda da insanlar üçün münasib seçimdir. Köhnə avtomobillərə üz tutmaqdansa, daha ucuz və yeni avtomobillərin alınması ümumi avtomobil parkının yenilənməsinə səbəb olar. Nə qədər bu cür avtomobillər ölkə daxilində istehsal olunsa və ya ehtiyat hissələri gətirilərək burada yığılsa, istər-istəməz gömrük rüsumları azalacaq və avtomobillərin qiyməti daha əlçatan olacaq. Kredit və lizinq şərtlərinin də sadələşdirilməsi çox müsbət olardı. Belə olarsa, demək olar ki, maşınsız insan qalmaz. Hazırda isə faizlərin yüksək olması səbəbindən avtomobil hər kəs üçün əlçatan deyil. Elə rayonlar var ki, avtomobilsiz yaşamaq olduqca çətindir, xüsusilə ucqar və dağ rayonlarında. Əgər bu bölgələr üçün uyğun dördtəkərli, hündür avtomobillər də istehsal olunsa, bu, daha məqsədəuyğun olar. Ən əsası, qiymətlərin hamı üçün əlçatan olmasıdır. İlkin ödənişin ümumiyyətlə olmaması daha yaxşı olardı. Çünki elə insanlar var ki, ilkin ödəniş toplamaq imkanına malik deyillər. Əsas odur ki, aylıq ödəniş insanın gəlirinə uyğun olsun, məsələn, aylıq gəlirinin 20-30 faizi həcmində. Bunun üçün faizlər aşağı salınmalı, ilkin ödənişlər ləğv edilməlidir ki, hamı bu imkanlardan yararlana bilsin. Köhnə avtomobillər utilizasiyaya göndərilsin və insanlar yeni avtomobillərdən istifadə edə bilsinlər".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri