Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azərbaycanda un ucuzlaşacaq? AÇIQLAMA

Azərbaycanda un ucuzlaşacaq? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Son aylarda Rusiyada taxıl qiymətlərində azalma müşahidə olunur.

Metbuat.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, buğda qiymətləri ötən ilin sentyabrından bəri minimum səviyyəyə enib. Limanlarda alqı-satqı qiymətləri, yəni treyderlərin qiymətləri ton üzrə bir həftə ərzində 210 dollardan 209 dollara, satış qiymətləri isə 248-250 dollardan 240-243 dollara düşüb.

Bir çox Rusiya iqtisadçılarının proqnozlarına əsasən, ixracatçılar yaxın aylarda ya zərər çəkəcək, ya da sıfır gəlirlə işləməyə davam edəcəklər, çünki ixrac qiymətlərinin azalması gözlənilir. Rusiya Taxıl İxracatçıları və İstehsalçıları İttifaqının proqnozuna görə, 2025-ci ildə Rusiyada taxıl istehsalı 132-138 milyon tona çatacaq, bunun 85-90 milyon tonu isə buğda olacaq. Lakin əlverişsiz hava şəraiti yaz payızlıq əkinlərin yığımına mənfi təsir göstərib. Fermerlər isə taxıl ixracının azalmağa davam edəcəyini ehtimal edirlər.

Daha əvvəl bildirildiyi kimi, Rusiyanın aqrar sektorunda maliyyə çətinlikləri səbəbindən kənd təsərrüfatı texnikasının satışında kəskin azalma baş verib. Vəziyyəti düzəltmək üçün hökumət Rusiya istehsalçılarının məhsullarını almaq məqsədilə güzəştli kreditlər üçün büdcə subsidiyalarını 1,5 dəfə artırmağı planlaşdırır.

Azərbaycan 2024-cü ildə Rusiyadan təxminən 1.1 milyon ton buğda idxal edib ki, bu da ümumi buğda idxalının təxminən 81%-ni təşkil edir. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 166,5 milyon dollar dəyərində 759 min ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 min ton (4,2%) və 44,3 milyon dollar (21%) azalma deməkdir.

İdxal həcmi ilə yanaşı, dəyərdə də azalma müşahidə olunub. Ötən ilin doqquz ayında Azərbaycana idxal edilən buğdanın hər tonunun orta qiyməti 266 dollar olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 219 dollara düşüb, yəni orta qiymət təxminən 18% azalıb. Bu azalma qlobal bazarda, xüsusilə Azərbaycanın yeganə idxal bazarı olan Rusiyada qiymətlərin ucuzlaşmasından qaynaqlanır. 2024-cü ilin ilk 8 ayında buğda qiymətlərinin davamlı azalmasına baxmayaraq, Rusiyanın ixracında artım qeydə alınmayıb.

2023-2024-cü il mövsümündə rekord həcmdə buğda istehsal edən Rusiya məhsullarını realizə etməkdə çətinliklərlə üzləşib. Ötən mövsümdən qalan təxminən 14 milyon ton ehtiyat və yeni məhsulun yığımı ixracın azalmasına və nəticədə qiymətlərin düşməsinə səbəb olub. Rəsmi məlumata görə, 2024-cü ilin sentyabr ayında Rusiya 5,76 milyon ton əsas taxıl məhsulları ixrac edib ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 25% azdır. Bu zaman buğda ixracı 16% azalararaq 5 milyon 286 min tona enib.

Rusiyada taxıl qiymətlərindəki enişin Azərbaycana təsirləri barədə iqtisadçı Eyyub Kərimov Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiyada taxıl qiymətlərinin aşağı düşməsi Rusiyadan taxıl idxal edən ölkələrə müsbət təsir göstərə və qiymətlərin ucuzlaşmasına səbəb ola bilər:

“Rusiya hökuməti yerli fermerlərin maraqlarını qorumaq və taxıl qiymətlərindəki ucuzlaşmanın mənfi təsirlərini minimallaşdırmaq üçün kvotalar tətbiq edə bilər. Bu halda qiymətlərin artımı müşahidə oluna bilər. Eyni zamanda, Rusiyada taxıl qiymətlərinin aşağı düşməsi qonşu böyük ixracatçı ölkələr – Qazaxıstan və Ukrayna kimi dövlətlərdə məhsul qiymətlərinin sabitləşdirilməsi istiqamətində addımların atılmasına səbəb ola bilər. Bu isə həmin ölkələrdə idxal və ixrac qiymətlərinin azalmasına təsir göstərə bilər. Ümumilikdə taxıl qiymətlərindəki azalma Azərbaycanda un, məmulatlar və çörəyin qiymətlərinin ucuzlaşmasına müsbət təsir edəcək”.

Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycanda 1 milyon 833,8 min ton buğda istehsal olunub, məhsuldarlıq isə 33,8 sentner təşkil edib. Lakin bu il həm payızlıq, həm də yazlıq buğda əkini sahələrində azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki ilə nisbətən 9,9% azdır. Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkini 4 799,2 hektar olmuşdusa, bu il cəmi 584,3 hektar sahədə əkilərək kəskin azalma qeydə alınıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri