Azərbaycanda məzarlığa yemək sifarişi: 12 qəbirdən sonra oturmuşuq VİDEO
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda kuryer işləyən şəxsin başına iş gəlib.
Ölkə.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kuryer qarlı havada axşam saatlarında sifarş edilən məhsulu tətbiqdə göstərilən ünvana apardıqda gözlənilməz vəziyyətlə qarşılaşıb.
O, ünvan olaraq qəbiristanlığın qeyd edildiyini gördükdə sifariş edən şəxsə zəng edərək harada olduğunu sual edib.
Dəstəyi götürən müştəri isə yeməyi qəbiristanlığın içərisinə gətiriməsini istəyib.
“12 qəbir say, 12-ci qəbirdən sonra burada oturmuşuq”, - deyə qarşı tərəf söyləyib.
Kuryerin “bu necə sifariş verməkdir?” sualına qarşı tərəf “camaatın həyətinə girəndə bina, blok saymırsan, o nə deməkdir?” cavabını verib.
Həmin görüntüləri təqdim edirik:
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















