Azərbaycanda milyonuncu elektron əmtəə nəqliyyat qaiməsi tərtib edilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “APA-Economics”ə verilən məlumata görə, qaimənin tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib.
“Elektron əmtəə-nəqliyyat qaiməsi ölkədaxili yük daşımalarında yükgöndərənlə daşıyıcı arasındakı müqaviləni rəsmiləşdirir, yükün daşınmaya qəbulunu və çatdırılmasını təsdiqləyir”, - məlumatda bildirilir.
Qeyd olunur ki, bütün sənədləşmə prosesi AYNA tərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda elektron əmtəə nəqliyyat qaimələri digər sistemlərə inteqrasiya ediləcək
04 Aprel 2026 19:45
Elektron Əmtəə Nəqliyyat Qaiməsinin tətbiqinin genişləndirilməsi davam etdirilir FOTO
12 Mart 2025 14:14
Əmtəə bazarı rəqəmsallaşdırılacaq
07 Avqust 2025 10:46
Əmtəə bazarlarında qızıl bahalaşıb
09 May 2025 10:04
Baxış sayı:158
Bu xəbər 17 Sentyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















