Icma.az
close
up
RU
Azərbaycanda minimum əməkhaqqı artırılacaq?

Azərbaycanda minimum əməkhaqqı artırılacaq?

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Minimum əməkhaqqının dəyişməsi hər il ictimaiyyətin və iqtisadi mütəxəssislərin diqqət mərkəzində olan məsələlərdən biridir. Hazırda ölkədə minimum əməkhaqqı 400 manatdır. Bəs, görəsən, növbəti ildə bu məbləğ arta bilər?

İqtisadçı ekspert Pərviz Heydərov Metbuat.az-a açıqlamasında gələn il minimum əməkhaqqında artım gözləmədiyini söyləyib:

"İndiyədək minimum əməkhaqqı artımı hökumətin həyata keçirdiyi sosial islahat paketi çərçivəsində baş tutub. 2019-cu ildən bəri bu cür beş sosial islahat paketi həyata keçirilib və nəticədə minimum əməkhaqqı bir neçə mərhələdə artırılaraq 400 manat həddinə çatdırılıb. Halbuki əvvəlki dövrdə bu məbləğ 200 manatdan da aşağı səviyyədə idi. 2019-cu ildə minimum əməkhaqqı iki dəfə artırıldı və sonrakı illərdə də bu artımlar davam etdirildi. Ən son artım isə bu il, yəni cari ildə beşinci sosial islahat paketi çərçivəsində həyata keçirilib və hazırda minimum əməkhaqqı 400 manat təşkil edir".

P.Heydərov bildirib ki, növbəti ilin dövlət büdcəsi cari ilin büdcəsindən ciddi şəkildə fərqlənmir:

"Yəni gəlirlərdə əhəmiyyətli artım yoxdur. Büdcədə cüzi artım müşahidə olunur və bu da əsas etibarilə fiziki şəxslərin gəlir vergisinin, xüsusilə də indiyədək yeddi il müddətinə ləğv olunmuş verginin özəl sektorda bərpası nəticəsində əldə olunacaq gəlirlər hesabına mümkün olacaq. Növbəti ilin büdcəsi nəzərə alınaraq demək olar ki, yaxın zamanda yeni bir sosial islahat paketinin həyata keçiriləcəyi ehtimal olunmur. Buna görə də gələn il minimum əməkhaqqının artırılması gözlənilmir".

Ekspertin sözlərinə görə, növbəti illərdə yeni sosial islahat paketlərinin həyata keçiriləcəyi gözlənilir:
"Bu, o demək deyil ki, hökumət sosial istiqamətdə islahatları dayandıracaq. Ancaq xüsusilə 2026-cı il üçün növbəti sosial islahat paketinin hazırlanması ehtimalı yoxdur. Məhz buna görə də həmin dövrdə minimum əməkhaqqının yenidən artırılması gözlənilmir".

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see475

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see347

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see328

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see323

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see322

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see298

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see296

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see296

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see288

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see283

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see282

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see271

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see263

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see262

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see259

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see235

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see231

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see219

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri