Icma.az
close
up
RU
Azərbaycanda müəllimlərin sayı getdikcə azalır: NİYƏ?

Azərbaycanda müəllimlərin sayı getdikcə azalır: NİYƏ?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son illər müəllim peşəsini sevərək onun ardınca gedənlərlə yanaşı artıq müəllimlərə ötən dövrlərdə olduğu kimi “müqəddəs” bir varlıq kimi baxılmadığını düşünüb bu peşəni seçməyənlər də var.

Ümumilikdə isə statistik məlumatlara görə, ölkədə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayında azalma müşahidə olunur. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022/2023-cü tədris ilində 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb.

2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər təşkil edib. Cins bölgüsünə baxdıqda isə qadın müəllimlərin sayında daha kəskin azalma müşahidə olunur.

Belə ki, 2022/2023-cü ildə qadın müəllimlərin sayı 124 293 nəfər idisə, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə qədər artıb, amma 2024/2025-ci ildə 120 633 nəfərə enib.

Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə düşüb. Beləliklə, son üç tədris ili ərzində həm qadın, həm də kişi müəllimlərin sayında azalma baş verir.

Son illər ölkədə müəllim sayının azalmasına gətirib çıxaran amillər hansıdır?

Həmin səbəblərdən biri son illər ölkədə həyata keçirilən sertifikasiya prosesidir. Sertifikasiya müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə yönəlib və bu baxımdan həmin prosesdə zəif nəticə göstərən müəllimlər sistemdən kənarlaşdırılıblar.

Qeyd edək ki, 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib. 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar.

Elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, ümumilikdə 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib:

"İmtahan 30 suala cavab verən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil. 56 mindən artıq müəllimin əməkhaqqısı artırılıb. İşdən azad edilmiş müəllimlərin yerinə yeni müəllimlər təyin edilmir, çünki həmin məktəblərdə müəllim sıxlığı mövcuddur”.

Qeyd edək ki, fəaliyyətinə xitam verilənlərin 5 mindən artığı ibtidai sinif müəllimləridir.Bununla yanaşı mühüm amillərdən biri də müəllimlərin işə qəbulu mexanizmidir ki, hər il minlərlə namizəd müəllimlərin işə qəbul (MİQ) imtahanında iştirak edir. 

Bu il MİQ imtahanında 70 minə yaxın müəllim iştirak etməsinə baxmayaraq, sertifikasiya ilə bağlı işinə xitam verilən müəllimlərin yerinə təyinat olmayıb. Eyni zamanda MİQ imtahanında hazırda müəllim olaraq fəaliyyət göstərənlər də olub. 

Onu da qeyd edək ki, müəllim azlığı ən çox bölgələrdə müşahidə olunur və MİQ imtahanından keçsə belə, müəllimlərin bir çoxu bölgələrdə çalışmaq istəmirlər. Eləcə də bəzi bölgələrdə şagird sayının azlığı ilə bağlı məktəblər birləşdirilir ki, nəticədə bu müəllim sayına da təsir edir. 

Bununla yanaşı bu gün məzun olan gənclər müəllim peşəsinin əmək bazarının tələblərinə cavab vermədiyini, mövcud əməkhaqqının onu qane etmədiyini düşünərək başqa peşədə çalışmağa üstünlük verir. Bu, onsuzda kişi müəllimlərin az olduğu Azərbaycanda bu rəqəmin daha da azalmasına gətirib çıxarır.

Müəllim azlığının bir səbəbi də onunla bağlıdır ki, hazırda bəzi müəllimlər məktəbdə çalımağa deyil, fərdi şəkildə, repetitor kimi fəaliyyət göstərməyə üstünlük verir.

Müəllimlərin sayının azalmasına təsir edən amillərdən biri də sosial şəbəkələrdə bəzi neqativ halların müşahidə  edilməsidir ki, müəllimlərlə bağlı yayılan səs yazısı, videogörüntülər onların da peşəsini itirməsinə gətirib çıxarır. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: müəllimlər say Dövlət Statistika Komitəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri