Icma.az
close
up
RU
Azərbaycanda mühüm dəyişiklik: bu nazirliklər ləğv edilə bilər

Azərbaycanda mühüm dəyişiklik: bu nazirliklər ləğv edilə bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kimi qurumların ləğv edilməli olduğunu deyib.

Sitat: “Gömrük Komitəsi ümumiyyətlə ayrıca qurum kimi ləğv edilməlidir. Çünki bu, ruslardan kopyalanmış bir modeldir. Nəyə lazımdır? Dünyanın çox az ölkəsində ayrıca gömrük orqanları var. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi kimi qurumlar bu sırada yer alır. Orada işləyən bacarıqlı insanlar isə biznes qursunlar, öz biliklərini sahibkarlığa yönəltsinlər. Əslində bu, həm onlar üçün, həm də ölkə iqtisadiyyatı üçün daha faydalı olar. Azərbaycanda iqtisadiyyatın önünü açmaq üçün çoxlu agentliklərin, idarələrin ləgv edilməsi və sadə, şəffaf qaydaların tətbiqi lazımdır”.

Azərbaycanda başqa hansı qurumlar ləğv oluna bilər?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, bu kontekstdə dəfələrlə idarəetmə ilə bağlı təkliflər verilib:

“Nazirlər Kabinetinin strukturlarında dəyişikliklər edilməsi, yaxın sahələr üzrə qurumların birləşdirilməsi, yaxud ayrı strukturlar şəklində fəaliyyət göstərməsi məsələsini mütəxəssislər və hakimiyyətin müxtəlif qollarında təmsil olunan şəxslər zaman-zaman səsləndirib. Bu, dünya təcrübəsində qəbul edilmiş bir yanaşmadır və Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir, çünki icra qurumlarına rəhbərlik onun səlahiyyətindədir.

Müxtəlif təkliflərdə Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin bir strukturda birləşdirilməsi qeyd olunur. Bu, icra aparatının rasionallığı, işçilərin sayının azaldılması, büdcəyə qənaət və idarəetmədə daha çevik, habelə mütəhərrik sistemin yaradılması baxımından məqsədəuyğundur. Eyni zamanda, Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyi kimi yaxın sahələrdə fəaliyyət göstərən qurumların birləşdirilməsi də müzakirə mövzusudur”.

Arzuxan Əlizadə

Deputat qeyd edib ki, icra aparatlarının birləşdirilməsi qərarları ciddi araşdırmalar və mütəxəssis rəyləri əsasında verilməlidir:

“Belə struktur dəyişiklikləri, həm idarəetmə baxımından effektivliyi artırır, həm büdcə qənaətinə imkan verir, həm də qərarların icrası və nəzarət mexanizmini gücləndirir. Rasionallığı nəzərə alaraq və mütəxəssislərin rəylərini əsas götürərək bu cür idarəetmə metodunun tətbiqini məqbul hesab edirik. Zaman-zaman müxtəlif nazirliklərin birləşdirilməsi və ya ayrı fəaliyyət göstərməsi ilə bağlı təkliflərimiz olub və belə struktur dəyişikliklərinin mümkünlüyünü istisna etmirik. Fikrimcə, gələcəkdə icra aparatının daha yığcam və səmərəli qurulması üçün belə dəyişikliklər edilə bilər”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri