Icma.az
close
up
RU
Azərbaycanda nüvə planı işə düşdü AÇIQLAMA

Azərbaycanda nüvə planı işə düşdü AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Nazirlər Kabineti nüvə və digər kütləvi qırğın silahlarının tətbiqi ehtimalı ilə bağlı mühüm sənəd təsdiqləyib. Bu qərar əsasən insanların belə fövqəladə hallarda necə davranmalı olduğu və hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi barədə məlumatlandırılmasını tənzimləyir. Sənədin əsas qayəsini əhalinin maarifləndirilməsi təşkil edir. Belə ki, mümkün təhlükə zamanı profilaktik addımların atılması və vətəndaşların vaxtında xəbərdar edilməsi üçün konkret qaydalar müəyyənləşib. Bu addım Prezidentin 2025-ci ildə imzaladığı müvafiq sərəncamın icrasını təmin etmək məqsədi daşıyır. Qərara əsasən dövlət qurumları kütləvi qırğın silahlarının yarada biləcəyi risklərə qarşı əhalini qabaqcadan hazırlamalıdır. Bura həm mühafizə üsulları, həm də təhlükə anında həyata keçiriləcək praktiki tədbirlər daxildir. Hökumət bu qaydalarla hər hansı böhran vəziyyətində qarışıqlığın qarşısını almağı və insanların təhlükəsizliyini maksimum dərəcədə qorumağı hədəfləyir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a deyib ki, risk həmişə var:
“Beynəlxalq birlikdə vaxtaşırı o və ya digər ciddi problem yaşanır. Həmçinin o ciddi problem ölkənin sərhədləri yanında olanda, əlbəttə ki, bu ehtimal daha yüksək olur. Bu gün Azərbaycanın həm cənub, həm şimal sərhədləri yaxınında hərbi münaqişələr var. Buna görə də riskli vəziyyətə hər bir dövlət hazır olmalıdır. Azərbaycan belə situasiyalara həmişə hazırdır. Ancaq bununla belə vətəndaşlarımızın məlumatlı olmağı, hansısa böhran vəziyyətində hərəkətləri barəsində özünü hazırlaması olduqca vacibdir. Digər tərəfdən, hansısa bir riskli vəziyyətdə böhran əlaməti olduqda çaşqınlıq yaranmaması üçün, eyni zamanda nizamsızlıq olmaması üçün hakimiyyət orqanlarının tövsiyəsinə uyğun olaraq hərəkət etmə riskin nəticələrini həmişə azaldır. Düzdür, əsas yük dövlətin üzərindədir. Azərbaycan dövləti həmişə müstəqilliyimizi, suverenliyimizi, vətəndaşlarımızın təhlükəsizliyini qorumağa hazırdır və qoruyur. Bundan sonra da bu belə olacaqdır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri