Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycanda orqanlarınızı burada bağışlaya bilərsiniz

Azərbaycanda orqanlarınızı burada bağışlaya bilərsiniz

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı son vaxtlar əhəmiyyətli dərəcədə artıb. 

2025-ci ilin fevral ayından etibarən ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı 50-dən 600-ə yüksəlib. Bu da göstərir ki, insanlar bu mövzuya daha çox diqqət yetirməyə başlayıblar. Amma hələ də belə bir addım atmaq istəyən, lakin bu barədə kifayət qədər məlumatı olmayan vətəndaşlar var. 

Bəs Azərbaycanda orqanlarını bağışlamaq istəyən vətəndaş hansı quruma müraciət etməlidir? Təsdiqlə bağlı vətəndaşlara rəsmi sənəd verilirmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlama verən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, Azərbaycanda orqan donoru olmaq üçün müraciətlər həm Koordinasiya Mərkəzinə şəxsən, həm də onlayn qaydada qəbul olunur: 

“Azərbaycanda orqan donorluğu ilə bağlı müraciətlər Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə edilir. Proses olduqca sadədir: 

vətəndaş şəxsiyyət vəsiqəsi ilə Mərkəzə müraciət edir və Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş razılıq ərizəsini doldurur. Koordinasiya Mərkəzi bu ünvanda yerləşir: 

Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi 107, G blok, 8-ci mərtəbə. Mərkəz həftəiçi hər gün saat 08:00–17:00 arası vətəndaşları qəbul edir. Bundan əlavə, prosesi daha rahat şəkildə onlayn da həyata keçirmək mümkündür: 

vətəndaş www.odtkm.gov.az saytına daxil olub “Donor ol” bölməsində qeydiyyat formasını doldurur. 

Qeydiyyat tamamlandıqdan sonra məlumatlar Vahid İnformasiya Sisteminə daxil edilir. Bu üsul prosesi həm sürətli, həm də əlçatan edir”. 
O qeyd edib ki, orqan donorluğu ilə bağlı ictimai maarifləndirmə məqsədilə müxtəlif platformalarda məlumatlandırma aparılır: 

“Əgər müraciət onlayn edilirsə, vətəndaşın elektron poçt ünvanına rəsmi təsdiq göndərilir. Mərkəzə gəlib müraciət edənlərə isə sənədin imzalanmış və ştamp vurulmuş PDF forması “WhatsApp” nömrəsi vasitəsilə göndərilir. Bu sahədə ictimai məlumatlılığı artırmaq üçün maarifləndirici tədbirlər keçirilir, media, televiziya və Sağlam Radio vasitəsilə müsahibələr verilir, Səhiyyə Nazirliyinin rəsmi sosial şəbəkə səhifələrində canlı yayımlar təşkil olunur, maarifləndirici posterlər və məlumatlar paylaşılır. Təşkil olunan tədbir və fəaliyyətlər ictimai maarifləndirmə məqsədi daşıyır və vətəndaşların orqan donorluğu ilə bağlı düzgün məlumat əldə etməsinə xidmət edir”. 

Gülər 
“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri