Azərbaycanda pambıqçılığa dair yeni dövlət standartları qəbul edilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) AZS 965:2024(O’z DSt 3295:2018) "Pambıq mahlıcı. Təsnifat cihazlarının köməyi ilə pambıq mahlıcının fiziki-mexaniki xassələrinin müəyyən olunması üçün standart sınaq metodları", AZS 969:2025 (O’z DSt 632:2021) “Pambıq mahlıcı. Qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları” və AZS 154:2025 “Pambıq mahlıcı. Yetişkənliyin müəyyən edilmə metodları” dövlət standartlarını qəbul edib.
Bu barədə "APA-Economics"ə AZSTANDART-dan bildirilib.
Bu dövlət standartları pambıq mahlıcının təsnifat cihazlarından istifadə etməklə rəng, tullantı, mikroneyr göstəricisi, yuxarı orta uzunluq, uzunluğa görə bərabərlik indeksi, xüsusi qırılma yükü, pambıq analizatorlarında qüsur və zibil qarışıqlarının kütlə payı, eləcə də pambığın sınağı üçün standartlaşdırılmış alətlərdə (SITC) nepslər (düyünlər), o cümlədən polyarizasiya işığında və nümunənin havakeçirmə qabiliyyətinə görə yetişkənlik əmsalının müəyyənləşdirilməsi metodlarını təyin edir.
Sözügedən standartlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Pambıqçılıq sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 38) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 31 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















