Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ölkədə toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib.
Bu barədə “APA-Economics” AZSTAND-da istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən toxuculuq avadanlıqlarında səs-küy emissiya səviyyəsinin müəyyən edilməsi məqsədilə AZS ISO 9902-1:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 1: Ümumi tələblər”, AZS ISO 9902-2:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqları”, AZS ISO 9902-3:2025 “Toxuculuq avadanlıqları – Səs-küy səviyyəsinin müəyyən edilməsi - Hissə 3: Toxunmamış məmulatların istehsalı avadanlıqları” AZS ISO 9902-4:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi— Hissə 4: İpliyin emalı, kəndir və kanat istehsalı avadanlıqları”, AZS ISO 9902-5:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 5: Toxuculuq və trikotaj məmulatlarının ilkin emalı avadanlıqları”, AZS ISO 9902-6:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 6: Parça istehsalı avadanlıqları”, AZS ISO 9902-7:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 7: Boyama və işləmə avadanlıqları” yeni dövlət standartları qəbul edilib.
Yeni dövlət standartlarının tətbiqində məqsəd toxuculuq məmulatlarının istehsalı zamanı avadanlıqların səs-küy emissiyası göstəricilərinin müəyyən edilməsinin təmin olunmasıdır. Bu isə ölkədə toxuculuq sahəsində avadanlıqların ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy emissiyalarının qarşısını almağa imkan yaradacaq.
Standartlar “Tekstil sahəsi” Standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 45) tərəfindən konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edilib ki, sözügedən standartlar Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nin icrası məqsədilə istinad standartları kimi qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 İyul 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















