Azərbaycanda telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri”, o cümlədən AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, bu standartlar mobil və stasionar şəbəkələrdə avadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması, müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürmə xətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlət standartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakını səmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitə mənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.
Yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” sahələrinin standartlaşdırılması üzrə (AZSTAND/TK 05) Texniki Komitə tərəfindən konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri” və AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tövsiyələri əsasında hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















