Icma.az
close
up
RU
Azərbaycanda pensiya sistemi tam dəyişə bilər AÇIQLAMA

Azərbaycanda pensiya sistemi tam dəyişə bilər AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda pensiya sistemində köklü dəyişikliklərə hazırlıq gedir. Belə ki, Milli Məclis səviyyəsində müzakirə olunan yeni yanaşmaya əsasən, vətəndaşların pensiya kapitalından daha çevik istifadə imkanları yaradıla bilər. Deputat Vüqar Bayramov bildirib ki, özəl pensiya fondlarının yaradılması ilə bağlı qanun layihəsi hazırlanır və bu, gələcəkdə insanların topladığı vəsaiti yalnız pensiya kimi deyil, həm də həyatlarının müxtəlif mərhələlərində istifadə etməsinə şərait yarada bilər. Yeni modelə görə, müəyyən yaş həddinə çatdıqdan sonra vətəndaşlar yığımlarının bir hissəsini götürərək ev almaq, biznes qurmaq və ya digər məqsədlər üçün istifadə edə biləcək, qalan hissə isə Dövlət Sosial Müdafiə Fondu vasitəsilə aylıq ödəniş şəklində veriləcək.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, bu məsələ uzun müddətdir Azərbaycanda müzakirə olunur:
“Lakin indiki şərtlər daxilində etiraf etmək lazımdır ki, ölkədə özəl pensiya fondlarının fəaliyyət göstərməsi üçün yetərli mühit mövcud deyil. İlk növbədə bazarın kiçik olması bu sahənin inkişafını məhdudlaşdırır. Özəl pensiya fondlarının uğurlu fəaliyyəti üçün geniş bazara ehtiyac var ki, müəyyən həcmdə kapital toplanıb effektiv şəkildə idarə olunsun və həmin kapital hesabına əlavə gəlir formalaşdırılsın. Digər mühüm məsələ əhalinin davranışları ilə bağlıdır. Uzunmüddətli perspektivdə insanların özəl pensiya fondlarına ciddi etimad göstərməsi çətin görünür. Halbuki ölkədə artıq 30 ilə yaxındır bank sektoru fəaliyyət göstərir, özünü təsdiq etmiş banklar var, ciddi nəzarət mexanizmləri və dövlət sığorta sistemi mövcuddur. Buna baxmayaraq, əmanətlərin böyük hissəsi, bəzi hallarda 80 faizdən çoxu qısamüddətli, əsasən bir illik müddətə yerləşdirilir. Halbuki pensiya planlaması, xüsusilə özəl pensiya fondları vasitəsilə kapital yığımı uzunmüddətli yanaşma tələb edir. Bu isə bəzən 25-30 il, hətta 40 il kimi uzun dövrləri əhatə edir. Belə bir müddətdə insanların öz vəsaitlərini özəl qurumlara etibar etməsi hazırkı şəraitdə real görünmür”.
O qeyd edib ki, müzakirə olunan həll yollarından biri 100 faiz dövlət zəmanətinin verilməsidir:
“Lakin bunun tətbiq olunub-olunmayacağı hələ dəqiq deyil. Hətta belə bir zəmanət verilsə belə, bu, əlavə suallar doğurur. Çünki insanlar məcburi dövlət sosial sığorta haqlarını belə ödəməkdə çətinlik çəkirlər. Hazırda Azərbaycanda pensiya sistemində fərdi hesab iki hissədən ibarətdir, məcburi yığım hissəsi və könüllü yığım hissəsi. 2017-ci ildən bəri könüllü yığım hissəsinə demək olar ki, heç bir ödəniş həyata keçirilməyib. Bu isə onu göstərir ki, əhali uzunmüddətli yığım mədəniyyətinə yetərincə meyilli deyil. Əhalinin əhəmiyyətli bir hissəsi gündəlik qazancını gündəlik xərclərə yönəldir. Xüsusilə son illərdə artan inflyasiya fonunda borc yükünün artması da bunu təsdiqləyir. Belə şəraitdə özəl pensiya fondlarının uğurlu fəaliyyəti ehtimalı aşağı qiymətləndirilir. Gələcəkdə bu fondlarda toplanan vəsaitlərin istifadəsi məsələsinə gəldikdə isə, bu daha liberal şərtlərlə mümkün ola bilər. Burada əsas suallardan biri də odur ki, özəl pensiya fondlarına ödəniş edən şəxslər üçün məcburi sosial sığorta haqlarında güzəştlər olacaq?. Əgər seçim imkanı verilərsə, bu, sistemdə yeni yanaşmaların formalaşmasına səbəb ola bilər. Əgər belə bir seçim olmazsa və ödənişlər paralel şəkildə davam edərsə, bu zaman fərqli bir vəziyyət yaranacaq. Toplanan vəsait vətəndaşa məxsusdur və əvvəlcədən razılaşdırılmış müqavilə şərtlərinə uyğun olaraq istifadə edilə bilər. Bu, birdəfəlik ödəniş və ya aylıq ödəniş formasında həyata keçirilə bilər. Bu məsələlərin hüquqi əsaslarının da qanunvericilikdə dəqiq şəkildə tənzimlənməsi vacibdir ki, sistem vətəndaşlar üçün cəlbedici olsun. Bununla belə, mövcud şəraitdə Azərbaycanda özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərəcəyi ehtimalı aşağıdır və ilkin mərhələdə müəyyən risklərin yaranacağı gözlənilir. Hətta inkişaf etmiş ölkələrin təcrübəsi də bunu təsdiqləyir. Məsələn, 2008-ci il qlobal maliyyə böhranı zamanı bir çox özəl pensiya fondları öhdəliklərini yerinə yetirə bilmədi və iflas etdi. Bir çox hallarda hökumətlər də bu qurumlara dəstək vermədi və nəticədə bu fondların reputasiyası ciddi zərər gördü”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Mart 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri