Icma.az
close
up
RU
Azərbaycanda pensiyaçılar niyə azalır?

Azərbaycanda pensiyaçılar niyə azalır?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son illər ən çox müzakirə olunan mövzulardan biri pensiya ilə bağlıdır.

Belə ki, pensiya sistemində mövcud vəziyyət ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Həm pensiya yaşının, həm pensiya kapitalının çox olması, pensiyanın varisə ötürülməsi kimi məsələlər davamlı olaraq müzakirə mövzusudur.

Mütəxəssislərin fikrincə, bizdə hər min nəfərə düşən pensiyaçıların sayı Ermənistan və Gürcüstandakılardan 1.5-2 dəfə azdır. Həmin ölkələrdə də pensiya yaşı Azərbaycanla eynidirsə, niyə bizdə hər min nəfərə düşən pensiyaçıların sayı daha azdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, pensiyaçıların yaşına təsir edən bir sıra faktorlar var:

“Həmin faktorlardan ən mühümü əhalinin yaşa görə strukturudur. Azərbaycanda əhali qismən Ermənistan və Gürcüstanla müqayisədə daha gəncdir. Yəni 65 yaşından yuxarı olan əhalinin xüsusi çəkisi Ermənistan və Gürcüstana  nisbətən daha aşağıdır. 

Bu faktorlardan biri kimi ortaya çıxır. İkincisi, hökumətin apardığı  sosial siyasət burada təsiredici amillərdən biridir. Xüsusilə də 2017-ci ildə “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklikdən sonra  Azərbaycan pensiya əlçatanlığında əhəmiyyətli geriləmə baş verdi. 

Çünki yeni yanaşma gətirildi. Pensiya kapitalı tələbi, 25 il sığorta stajı tələbi və s. bu kimi məsələlər əslində mövcud pensiya sistemini ciddi şəkildə sarsıtdı. Bu, daha sonrakı mərhələdə əslində əlilliyə görə pensiyanın təyin edilməsi şərtlərinin təkmiləşdirilməsi  siyasəti çərçivəsində prosesin daha da mürəkkəbləşməsi və sərtləşdirilməsi ilə müşahidə olundu. 

Nəticədə pensiyaçıların sayı 1 milyon 330 min nəfərdən 1 milyon 100 min nəfərə qədər azaldı. Əslində ilbəil bu rəqəm artmalı idi.  Bu, Azərbaycanda eyni zamanda digər sosial alətlərin də təsirini özündə ehtiva edən bir nəticədir. 

Çünki Azərbaycanda yaşa görə, sosial müavinətin verilməsi mexanizminə keçildi. Sosial müavinətin verilməsi o şəxslərə şamil olunur ki, onlar pensiya hüququ əldə edə bilmirlər. Ancaq minimum məbləğdə müavinət alırlar. Bu kateqoriyanın da sayı ilbəil artmaqdadır”. 

Ekspertin sözlərinə görə, görünən odur ki, bu proses çərçivəsində artıq 2017-ci ildə əmək pensiyaları sistemində edilən dəyişikliklər öz ciddi təsirlərini göstərməyə başlayıb: 

“Burada digər bir faktor əmək bazarının strukturudur.  Dünyanın əksər ölkələrində pensiya hüququnun əldə edilməsi sığorta əsaslı fəaliyyətlərdən qaynaqlanan, məsələn, muzdlu çalışanlar,  əmək müqaviləsinə  əsasən pensiyaçıların 70-80 faizini təşkil edir. 

Ancaq Azərbaycanda əmək bazarının qeyri-leqal hissəsinin Gürcüstan və Ermənistana nisbətən daha geniş, çox olması  da burada təsiredici amillərdən biridir. Çünki yaş 65-ə çatdıqda vətəndaş sığorta ödəməyib, pensiya kapitanını yerinə yetirə bilmir və pensiya hüququndan faydalana bilmir. 

Dolayısı ilə ən yaxşı halda yaşa görə müavinətlə kifayətlənməli olur.  Burada pensiya sisteminin təşviqedici olmaması, eyni zamanda əmək bazarının illeqal olması, sosial siyasətlərin parametrlərində fərqlər və s. kimi bir çox amillər buna öz təsirini göstərir. 

Bu, əslində özcədən proqnozlaşdırılırdı. 2017-ci il və sonrakı dövrdə ortaya qoyulan pensiya sistemi ilə əlaqədar siyasətin bu nəticələrə gətirib çıxaracağı əvvəlcədən gözlənilirdi”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: pensiya Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Aprel 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri