Icma.az
close
up
RU
Azərbaycanda qadağan edilmiş dini qruplar SƏBƏBLƏR

Azərbaycanda qadağan edilmiş dini qruplar SƏBƏBLƏR

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükəsizlik orqanlarının apardığı araşdırmalar və məhkəmə qərarları ilə əsaslandırılır.

Azərbaycan Respublikası dünyada dini tolerantlığın hökm sürdüyü nadir ölkələrdən biri kimi tanınır. Lakin bu tolerantlıq dini radikalizm və ekstremizmə qarşı ciddi və prinsipial mövqe ilə müşayiət olunur. Son illərdə dövlət qurumları dini ekstremizm və terrora qarşı mübarizədə bir sıra addımlar atıb. Bu addımların ən mühümlərindən biri də təhlükə mənbəyi hesab olunan dini təşkilatların fəaliyyətinə qadağa qoyulmasıdır.

Sfera.az Azərbaycanda qadağan olunmuş dini təşkilatlar və onların səbəblərini araşdırıb.

Hizb-ut-Təhrir

Azərbaycanda fəaliyyəti qadağan olunmuş əsas dini təşkilatlardan biri “Hizb-ut-Təhrir”dir. Bu təşkilatın əsas məqsədi dünya miqyasında İslam xilafətinin yaradılmasıdır. Azərbaycanda isə təşkilat konstitusiya quruluşunun dəyişdirilməsinə çağırış, dini ayrı-seçkiliyin təşviqi və ictimai sabitliyə təhdid yaratmaqda ittiham olunur.

“Hizb-ut-Təhrir” dini təbliğatdan çox, siyasi məqsədlər güdən bir qurumdur. Onun Azərbaycanda təşkilatlanması və gənclər arasında təbliğat aparması təhlükəsizlik orqanlarının diqqət mərkəzində olub. Təşkilatın fəaliyyəti bir neçə dəfə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatları ilə ifşa edilib.

Nurçular

Türkiyəli teoloq Səid Nursinin ideyalarına əsaslanan “Nurçular” hərəkatı da Azərbaycanda qadağan olunmuş dini təşkilatlardandır. Bu hərəkatın üzvləri xüsusilə “Risale-i Nur” adlı dini əsərlərin yayılmasına və təriqət yönümlü düşüncələrin formalaşdırılmasına çalışırdılar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, bu hərəkatın fəaliyyəti təriqətçiliyin yayılması və ölkədə dini parçalanma riski yaratdığı üçün məhdudlaşdırılıb. Hərəkatn fəaliyyəti Azərbaycan Respublikası Məhkəməsinin qərarı ilə rəsmi şəkildə qadağan olunub

Tövhid

“Tövhid” qrupu isə daha təhlükəli və aqressiv dini qruplaşmalardan biri kimi qiymətləndirilir. Qrupun ideologiyası cihad və silahlı müqavimət prinsiplərinə əsaslanır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu təşkilatın üzvləri ölkə daxilində radikal dini çağırışlar edir, gəncləri terror fəaliyyətlərinə cəlb etməyə çalışırdılar.

Bu qrupun fəaliyyəti bir sıra cinayət işləri ilə də bağlı olub. Onların arasında dini ekstremizm zəminində baş verən cinayətlər, qanunsuz silah saxlanılması və dövlətə qarşı çağırışlar xüsusi yer tutur. Bu səbəbdən “Tövhid” qrupunun fəaliyyəti tamamilə dayandırılıb.

Əl-Qaidə

Dünya miqyasında terror təşkilatı kimi tanınan “Əl-Qaidə” də Azərbaycanda qadağan olunmuş dini qurumlar sırasındadır. Ölkədə bu təşkilatla əlaqəli şəxslərin və qrupların fəaliyyəti aşkarlanıb. Onların əsas məqsədi radikal ideologiyanı yaymaq, yerli gəncləri Suriya və digər münaqişə bölgələrinə cəlb etmək olub.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində bu qrupla əlaqəsi olan bir neçə şəxs saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

Azərbaycan Respublikasında dini fəaliyyət “Dini etiqad azadlığı haqqında” qanunla tənzimlənir. Bu qanun çərçivəsində dini fəaliyyət azaddır, lakin milli təhlükəsizlik, ictimai asayiş və əxlaq pozuntusu hallarında dövlət müdaxilə edə bilər.

Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq radikal dini ideyaların yayılmasına qarşı mübarizə aparır. Bu fəaliyyətlərə həm hüquqi, həm də maarifləndirmə tədbirləri daxildir. Məktəblərdə, ali təhsil müəssisələrində və icmalar arasında radikal ideologiyalara qarşı maarifləndirici tədbirlər keçirilir.

Təbii ki, radikal dini təşkilatların qarşısının alınmasında yalnız qadağalar kifayət etmir. Əsas məsələ cəmiyyətin, xüsusilə də gənclərin düzgün dini maarifləndirilməsi, dini təhsilin nəzarətli şəkildə təşkili və dini liderlərin məsuliyyətli yanaşmasıdır.

Firuzə Əliyeva
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri