Icma.az
close
up
RU
Azərbaycanda insanları depressiyaya salan SƏBƏBLƏR

Azərbaycanda insanları depressiyaya salan SƏBƏBLƏR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər Azərbaycanda psixoloji sağlamlıq məsələləri daha çox müzakirə olunmağa başlayıb.

Sosial-iqtisadi çətinliklər, artan həyat tempi və cəmiyyətdəki təzyiqlər bir çox insanın psixoloji durumuna mənfi təsir göstərir.

Azərbaycanda insanları ən çox nə depressiyaya salır? Depressiyadan qurtulmağın effektiv yolları hansılardır?

"Depressiyadan qurtulmaq üçün CBT, ACT və bir çox hallarda dərman müalicəsi kimi effektiv terapiya üsulları mövcuddur və onlara müraciət etmək lazımdır. Bununla yanaşı, insan gündəlik həyatda da daha aktiv olmağa çalışmalıdır. Ən azından, müntəzəm yürüyüş etmək, günəş şüası altında vaxt keçirmək, sosiallaşmaq, müxtəlif fəaliyyətlərə qoşulmaq və ən əsası öz düşüncə tərzi üzərində işləmək vacibdir". 

Bunu "Cebheinfo.az"-a açıqlamasında klinik psixoloq Fuad Əsəd deyib. 

O bildirib ki, Azərbaycanda insanlar bir çox səbəbdən dolayı depressiyaya düşürlər. Bu səbəblər bütün dünya üçün keçərlidir: "Amma müqayisə eləsək, Azərbaycanda ən sıx rast gəlinən problemləri ayrıca qeyd edə bilərik.

İlk növbədə iqtisadi və sosial təzyiq məsələsi ön plana çıxır. Xüsusilə gənclərin üzərində indiki dövrdə ciddi bir təzyiq var. Müasir dövrdə gənclər 20, bəzən  30 yaşa qədər təhsil alırlar, müxtəlif kurslara gedirlər, özlərini inkişaf etdirməklə məşğul olurlar. Bu isə o deməkdir ki, həmin dövrdə onlar ya ümumiyyətlə, işləmirlər, ya da stabil gəlir əldə etmirlər. Çünki bir çox iş kriteriyasını qarşılamaq üçün insanın illərlə özünü inkişaf etdirməsi tələb olunur və universiteti bitirər-bitirməz o fürsətlər hər kəs üçün əlçatan olmur.

Bu vəziyyət “ailəni dolandırmalıyam”, “insanlar məndən nəsə gözləyir” kimi düşüncələrlə birləşir. Ailə, qohum və cəmiyyət gözləntiləri, maddi qeyri-sabitlik, işsizlik, gəlirin ehtiyaclara çatmaması xüsusilə gəncləri depressiyaya sürükləyə bilir".

Son dövrlərdə ailələrdə artan boşanmalar və ya problemli evliliklər də mühüm faktorlar sırasındadır:

"Azərbaycanın fərqli cəhətlərindən danışarkən mütləq valideyn nəzarətinin həddən artıq çox olması mövzusuna toxunmaq lazımdır. Bizim cəmiyyətdə valideyn nəzarəti gənclərin və yeniyetmələrin üzərində çox güclüdür və bu, onların öz həyatlarını qurmasına, öz seçimlərini etməsinə mane olur. Bir çox hallarda gənclər ailələri ilə emosional yaxınlıq hiss etmirlər və bu emosional uzaqlıq da depressiyanın yaranmasına zəmin yaradır.

Digər ölkələrlə müqayisədə Azərbaycanda insanlar sosial mediadan daha çox özlərini göstərmək, nə qədər yaxşı yaşadıqlarını nümayiş etdirmək üçün istifadə edirlər. Bu isə insanlarda davamlı müqayisə aparmağa, özünü başqaları ilə ölçməyə və nəticədə depressiyaya düşməyə səbəb ola bilir.

Bütün bu problemlərdən əziyyət çəkən insanların psixoloqa müraciət etməsi vacibdir. Amma Azərbaycanda psixoloqa getmək hələ də bir tabu olaraq qalır. “Psixoloqa gedən dəlidir” və ya “Kişilər psixoloqa gedib ağlamaz” kimi düşüncələr insanları peşəkar yardımdan uzaq saxlayır. Nəticədə problem həll olunmur, əksinə, depressiyanın səviyyəsi getdikcə daha da artır.”

"Hansı yaş qrupu daha çox depressiyaya düşür?" sualına həmsöhbətimiz belə cavab verib:

“Yaş faktoruna gəldikdə, depressiya üçün kritik dövrlərdən biri 18–25 yaş aralığıdır. Bu mərhələdə insanlarda kimlik böhranı, gələcək qorxusu və qeyri-müəyyənlik hissi yaranır ki, bu da təşviş və depressiyaya səbəb ola bilir.

Ən riskli qrup isə 26–35 yaş aralığıdır. Bu dövrdə insanlar üzərlərində daha çox təzyiq hiss edirlər, “həyatım belə olmamalı idi” kimi düşüncələr yaranır və bəzən keçmiş seçimlərə görə peşmanlıq hissi ön plana çıxır".

Bundan əlavə, o qeyd edib ki, 40–45 yaş aralığı da xüsusi riskli dövr hesab olunur. Bu mərhələdə tükənmişlik hissi, “ömrüm artıq sona doğru gedir” kimi düşüncələr formalaşmağa başlayır və bu da depressiv əlamətlərin artmasına səbəb ola bilir. 

Sevinc 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:315
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Yanvar 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri