Icma.az
close
up
RU
Azərbaycanda “Qara cümə”də insanları belə aldadırlar

Azərbaycanda “Qara cümə”də insanları belə aldadırlar

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Hər il noyabr ayı bütün dünyada butik şəbəkələrdə, böyük elektrotexnika mağazalarında endirimlərlə yadda qalır. 

Bu gün “Black Friday” adlandırılan “Qara cümə” günü münasibətilə qlobal ticari məkanda böyük endirimlər tətbiq olunur. İnsanlar bu endirimlərdən maksimum dərəcədə yararlanırlar. Səslənən bəzi iddialara görə, “Qara cümə”də müxtəlif mağazalarda kütləvi endirimlər olsa da, satışda olan məhsullar tam istifadəyə yararlı olmur. Belə ki, böyük endirimlər mağazalara çoxsaylı alıcıların axışması ilə nəticələnir. 

Bu zaman endirimlə satılan məhsulların yoxlanılmasına fikir verilmir. Son nəticədə isə alıcılar “Qara cümə”də böyük endirim əldə etdiklərini düşünsələr də, yarasız məhsullara pul xərcləyirlər. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda “Qara cümə” vaxtı alıcılar aldadılır: 

"Bu gündə istehlakçlılara əsasən keyfiyyətsiz və sıradan çıxan malları satırlar. Azad İstehlakçılar Biriliyinə gələn şikayətlərin məzmunu əsasən məhsulun dəyişdirilməsi və ya qaytarılması  ilə bağlı olur. İstehlakçı məhsulu aldıqdan sonra keyfiyyətsiz olduğu və tələbatını qarşılamadığı üçün məhsulu qaytarmaq məqsədilə müraciət edir. Lakin mağazalar alıcıları xəbərdar edirlər ki, endirimdə olan və alınan mallar geri qaytarılmır. 

Lakin bu, qanun pozuntusudur. Qanuna görə, qəbz vasitəsilə məhsulu dəyişdirmək, yaxud qaytarmaq olur". 

O qeyd edib ki, istehlakçılar müxtəlif texniki vasitələr aldıqda satıcının yanında məhsulun bütün düymələrini, funksiyalarını yoxlasınlar: 

"Televizor alan istehlakçılar mağazada məhsulun antenaya qoşulmasını yoxlasınlar. Bir çox hallarda televizor satanlar hiylə ilə deyirlər ki, bizdə antena yoxdur.

Bilərəkdən ekranda hər hansısa videomaterial göstərirlər. İstehlakçılar isə tələb etsinlər ki, antena ilə yayım yoxlanılsın. Məhsul üçün mütləq zəmanət talonu alsınlar, kassa qəbzini uzun müddət saxlasınlar. İstehlakçı hüququ pozularsa, Azad İstehlakçılar Birliyinə, yaxud "195" qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər". 

Ləman İsmayıl 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri