Azərbaycanda qaz hasilatı 25 milyard kubmetri keçdi
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Energetika Nazirliyi 2026-cı ilin birinci yarısına (yanvar-iyun) dair təbii qaz hasilatı və ixracı üzrə rəsmi göstəriciləri açıqlayıb. Hesabat dövründə ölkədə ümumilikdə 25,4 milyard kubmetr təbii qaz istehsal olunub.
“Yeni Sabah” xəbər verir ki, hasil edilmiş qazın 13,7 milyard kubmetri "Şahdəniz"in, 7,3 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin (AÇG), 3,6 milyard kubmetri SOCAR-ın, 0,8 milyard kubmetri isə "Abşeron" yatağının payına düşüb.
İlin ilk altı ayında hasil edilən mavi yanacağın yarısına yaxını – 12,7 milyard kubmetri xarici bazarlara yönəldilib. İxracın coğrafi bölgüsündə Avropa 5,9 milyard kubmetrlə liderdir. Türkiyəyə 4,9 milyard kubmetr (bunun 3 milyard kubmetri TANAP vasitəsilə), Gürcüstana 1,2 milyard kubmetr, Suriyaya isə 0,7 milyard kubmetr qaz ötürülüb. pizza
AÇG və "Şahdəniz" yataqları istismara veriləndən cari ilin iyulun 1-nə qədər olan dövrdə ümumilikdə 679,8 milyon tona yaxın neft (kondensatla birgə) və 529,6 milyard kubmetr qaz çıxarılıb. Bu həcmin böyük hissəsi — 625,6 milyon ton neft və 251,1 milyard kubmetr qaz AÇG-nin, 54,2 milyon tona yaxın kondensat və 278,5 milyard kubmetr qaz isə "Şahdəniz" yatağının payına düşür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 İyul 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















