Icma.az
close
up
RU
Azərbaycanda qış belə olacaq Ən soyuq dövr...

Azərbaycanda qış belə olacaq Ən soyuq dövr...

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli hava proqnozlarına əsasən, 2026-cı ilin qışı qlobal miqyasda qeyri-sabit və dəyişkən hava şəraiti ilə xarakterizə olunacaq. Proqnozlara görə, müxtəlif bölgələrdə qışın gedişi bir-birindən kəskin şəkildə fərqlənə bilər. Azərbaycanda da qışın necə keçəcəyinə dair müxtəlif açıqlamalar verilir. Bəs görəsən, deyilənlər doğrudur?

Milli Hidrometeorologiya Xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, fəsli hava proqnozları Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin tədqiqatlarına əsaslanır.

Qurumdan əlavə edilib ki, qısa və orta müddətli proqnozlardan fərqli olaraq, uzunmüddətli proqnozlar konkret bir ərazi üzrə dəqiq hava şəraitini deyil, ümumi qlobal iqlim tendensiyalarını əks etdirir:

“Ölkənin relyefi və Xəzər dənizinə yaxınlığı nəzərə alındıqda, qış fəslinin adətən yumşaq keçdiyini demək olar. Abşeron yarımadası üçün kəskin və uzunmüddətli şaxtalar səciyyəvi deyil. Çoxillik meteoroloji müşahidələr göstərir ki, qışın ən soyuq dövrü əsasən fevral ayına təsadüf edir. Belə ki, ötən qış mövsümündə şəhərdə 12 gün qarlı hava qeydə alınıb və bunun 11 günü fevral ayının payına düşüb. Həmin ay ərzində minimal temperatur 4,6 dərəcə şaxta olub”.

Xidmətdən bildirilib ki, proqnozlara əsasən, bu qış mövsümündə havanın temperaturunun ümumilikdə iqlim norması daxilində olacağı gözlənilir:

“Yanvar ayında isə temperaturun normadan 0,5–1 dərəcə yüksək olacağı ehtimal edilir. Bununla yanaşı, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə soyuq hava dalğalarının təsiri ilə temperaturun qısamüddətli olaraq aşağı düşməsi istisna edilmir. Yağıntılara gəldikdə isə, Abşeron yarımadasında, o cümlədən bəzi dövrlərdə yağıntıların miqdarının iqlim normasından bir qədər yüksək olacağı proqnozlaşdırılır”. /Yeni Sabah/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Dekabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri