Icma.az
close
up
RU
Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan

Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Havaların soyuması və dağlara ilk qarların düşməsi ilə Azərbaycanda qış turizmi mövsümü fəallaşmağa başlayır. İstər aktiv qış idmanı həvəskarları, istərsə də sakit, qədim məkanlarda vaxt keçirməyə üstünlük verənlər üçün bu mövsüm də seçimlər kifayət qədər genişdir.

Vətəndaşların soyuq aylarda  gedə biləcəkləri məkanlarla bağlı turizm eksperti Rəhman Quliyev Modern.az-a danışıb. Xüsusilə qeyd edib ki, havaların soyuması ilə Azərbaycanda qış turizminə maraq da artır.

"Ölkəmizin füsunkar təbiəti, qış mərkəzləri və fərqli bölgələri həm fərdi, həm də ailəvi istirahət üçün çox gözəl imkanlar yaradır. İlk növbədə, Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi qış istirahəti üçün ən cəlbedici istiqamətlərdən biridir. Burada xizək, snoubord, kanat yolları, qar əyləncələri və müasir hotellər həm ailəvi, həm də fərdi istirahət üçün geniş imkanlar yaradır. Digər mühüm istiqamət Qəbələ rayonundakı Tufandağ Turizm Kompleksidir. Burada da qış idman növləri, möhtəşəm dağ mənzərələri və hotel xidmətləri turistlərin marağına səbəb olur.

 Şəki və Qax bölgələri qış aylarında öz tarixi-mədəni irsi, milli mətbəxi və təbiət mənzərələri ilə fərqli istirahət imkanları təqdim edir. Quba, xüsusilə Xınalıq kəndi qarlı dağ mənzərələrini və kənd turizmini sevənlər üçün maraqlı seçimdir. Bununla yanaşı, Naftalan sağlamlıq turizmi, Naxçıvanın Ağbulaq Turizm Mərkəzi isə qış idmanı və dağ turizmi baxımından diqqətəlayiq istiqamətlərdir".
Həmçinin, ekspert vurğulayır ki, vətəndaşlar səfər zamanı yalnız hotel qiymətlərinə baxmalı deyil:

"Vətəndaşlar  xidmət keyfiyyətinə, təhlükəsizliyə, nəqliyyat imkanlarına və ailə üzvlərinin maraqlarına da diqqət yetirməlidirlər.Ümumilikdə, Azərbaycanın qış turizmi potensialı kifayət qədər genişdir. Qış mövsümündə daxili turizmin təşviqi həm ölkə iqtisadiyyatına, həm də regionlarda məşğulluğun artmasına müsbət töhfə verə bilər"- deyə R. Quliyev bildirib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri