Icma.az
close
up
RU
Azərbaycanda qida biznesində yeni dövr

Azərbaycanda qida biznesində yeni dövr

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qida təhlükəsizliyi artıq yalnız nəzarət məsələsi deyil, biznesin rəqabət qabiliyyətinin əsas şərtlərindən birinə çevrilir. Azərbaycanda qida sektorunda yeni mərhələ başlayır.

Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Sənədin əsas məqsədi yalnız əhalinin daha təhlükəsiz qida ilə təmin edilməsi deyil. Proqram eyni zamanda qida zəncirinin rəqəmsallaşdırılması, sahibkarların məsuliyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşma və Azərbaycan məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Qida təhlükəsizliyi qarşıdakı illərdə sahibkar üçün sadəcə dövlət nəzarətindən keçmək məsələsi olmayacaq. O, biznes modelinin özünün bir hissəsinə çevriləcək. Başqa sözlə, gələcəkdə qida sektorunda yalnız “nə istehsal edirəm?” sualı deyil, “harada, necə, hansı xammaldan, hansı şərtlərlə istehsal edirəm və bunu sübut edə bilirəmmi?” sualı da biznesin dəyərini müəyyən edəcək.

Dövlət Proqramının ən konkret hədəflərindən biri qida müəssisələrinin böyük əksəriyyətində HACCP sisteminin tətbiqinə nail olmaqdır. Bunun üçün metodiki tövsiyələrin hazırlanması və sahibkarlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.
HACCP sadəcə əlavə sənədləşmə deyil. Bu sistem qida istehsalında təhlükələrin əvvəlcədən müəyyənləşdirilməsini və kritik nəzarət nöqtələrinin idarə olunmasını tələb edir. Bu baxımdan qarşıdakı illərdə sahibkarın yanaşması da dəyişməlidir. Məhsul istehsal edildikdən sonra problem yarananda onu aradan qaldırmaq əvəzinə, riskin istehsal prosesinin özündə qarşısının alınması əsas prinsipə çevriləcək. Bu, xüsusilə restoranlar, iaşə müəssisələri, süd və ət emalı, çörək və şirniyyat istehsalı, içki sektoru və digər qida biznesləri üçün vacibdir. Əlbəttə, bunun sahibkar üçün ilkin xərci olacaq. İşçi təlimləri, avadanlıq, temperatur və gigiyena nəzarəti, laborator müayinələr, sənədləşmə və daxili audit əlavə xərc yarada bilər. Dövlət Proqramının özü də yeni texnologiyaların tətbiqinin ilkin mərhələdə qida subyektləri üçün əlavə xərc yarada biləcəyini risk kimi qeyd edir. Lakin uzunmüddətli baxışda bu xərclərə yalnız yük kimi yanaşmaq düzgün olmaz. Çünki təhlükəsizliyini sübut edə bilən müəssisənin həm daxili bazarda etibarı, həm də ixrac imkanları artır.

Dövlət Proqramının digər mühüm istiqaməti vahid izlənmə sisteminin yaradılmasıdır. Pilot layihə çərçivəsində qida subyektlərinin vahid izlənilməyə dair proqram təminatına qoşulması nəzərdə tutulur. Eyni zamanda qida istehsalı, emalı, daşınması və satışına qədər bütün mərhələlərdə müasir texnologiyaların tətbiqinə başlanacaq. Bu, biznes üçün əhəmiyyətli dəyişiklikdir. Təsəvvür edək ki, məhsulun hansı xammaldan hazırlandığı, hansı müəssisədə istehsal olunduğu, hansı partiyaya aid olduğu və hansı kanallarla satışa çıxdığı barədə məlumat sistemdə mövcuddur.

Problem yaranarsa, riskli məhsulun mənbəyini müəyyənləşdirmək və bazardan geri çağırmaq daha asan olacaq. Bu yanaşma beynəlxalq təcrübədə artıq formalaşıb. Avropa İttifaqında qida biznesləri məhsulun təchizat zəncirində hərəkətini izləyə bilir. Ən azı birbaşa təchizatçını və növbəti biznes alıcısını müəyyən etmək mümkün olmalıdır. Məqsəd təhlükəli məhsul aşkarlandıqda onu sürətlə müəyyənləşdirmək və bazardan çıxarmaqdır. Deməli, Azərbaycanda da qida biznesində “rəqəmsal iz” tədricən rəqabət üstünlüyünə çevrilə bilər.

Proqramın diqqətçəkən yeniliklərindən biri süni intellektdən istifadədir. Qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlilinə imkan verən süni intellekt modelinin tətbiqi nəzərdə tutulur. Eyni zamanda sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemlərinin və sensor texnologiyaların tətbiqinin təşviqi planlaşdırılır. Bu, nəzarət modelinin gələcəkdə daha çox risk əsaslı olacağına işarədir. Yəni məqsəd bütün bizneslərə eyni intensivlikdə nəzarət etməkdən daha çox, risk ehtimalı yüksək olan sahələri məlumatlar əsasında müəyyənləşdirməkdir. Bu, sahibkar üçün də yeni reallıq yaradır. Rəqəmsal məlumatların keyfiyyəti və biznes proseslərinin şəffaflığı daha çox əhəmiyyət qazanacaq.

Dövlət Proqramında ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi üçün ayrıca tənzimləmə mexanizminin formalaşdırılması nəzərdə tutulur. 2028–2032-ci illərdə bunun hüquqi bazasının hazırlanması və mexanizmin tətbiqinə başlanılması planlaşdırılır. Bu, xüsusilə regionlarda yaşayan kiçik istehsalçılar üçün maraqlı imkan yaradır. Bu gün ev şəraitində məhsul hazırlayan, lakin onu böyük pərakəndə şəbəkələrə və formal bazara çıxarmaq imkanları məhdud olan ailə təsərrüfatları üçün yeni model yarana bilər. Burada əsas məsələ mexanizmin necə qurulacağıdır. Əgər tələblər həm təhlükəsizliyi təmin edəcək, həm də kiçik istehsalçının imkanlarını nəzərə alacaq şəkildə formalaşdırılarsa, bu, mikro sahibkarlığın leqallaşmasına və regionlarda yeni gəlir mənbələrinin yaranmasına ciddi töhfə verə bilər.

Bir sözlə, HACCP, laboratoriya nəzarəti, heyvanların identifikasiyası, izlənmə və beynəlxalq standartlara uyğunluq yalnız “dövlətin tələbi” kimi qəbul edilməməlidir. Bunlar eyni zamanda ixrac üçün giriş bileti rolunu oynayır. Avropa İttifaqının təcrübəsi də bunu göstərir. Aİ-də idxal olunan qida və yem məhsullarına risk əsaslı nəzarət tətbiq olunur, müəyyən məhsullar üçün rəsmi sertifikatlaşdırma və sərhəd nəzarəti tələb edilir.

Hazırda ən çox müzakirə olunan suallardan biri də budur ki, bu dəyişikliklər qiymətlərə təsir edəcəkmi? Yeni tələblərin tətbiqi sahibkarın xərclərini müəyyən qədər artıra bilər. Xüsusilə kiçik və orta biznes üçün HACCP, laboratoriya müayinələri, rəqəmsal sistemlər, yeni avadanlıq və işçi təlimləri əlavə maliyyə yükü yarada bilər.
Bu xərclərin müəyyən hissəsi məhsulun maya dəyərinə və nəticədə qiymətə təsir edə bilər.
Lakin burada uzunmüddətli effektə baxmaq lazımdır.

Daha təhlükəsiz istehsal sistemi qida zəhərlənmələri, məhsul itkiləri, geri çağırmalar və reputasifya risklərini azalda bilər. İxrac imkanlarının genişlənməsi isə istehsalçı üçün daha böyük bazar və daha yüksək gəlir imkanları yarada bilər.

Çinarə Ağayeva
Biznes məsləhətçi

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:326
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Sentyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri