Azərbaycanda rus məktəbləri bağlanmalıdırmı? AÇIQLAMA
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbycanda həm rus məktəbləri, həm də məktəblərdə rus bölmələri mövcuddur. Bunun üçün dövlət büdcəsindən hər il böyük məbləğdə pul xərclənir.
Dilini öyrənmək üçün milyonlar xərclədiyimiz Rusiya isə zaman-zaman Azərbaycana və azərbaycanlılara qarşı qərəzli hücumlardan əl çəkmir. Sonuncu olaraq Yekaterinburqda Rusiya FTX-si və "OMON" tərəfindən azərbaycanlıalara qarşı alçaqcasına hücumu göstərə bilərik.
Belə olduğu təqdirdə Azərbaycanda nəhayət ki, rus məktəbləri və məktəblərdəki rus bölmələrinin fəaliyyəti dayandırıla bilərmi?
Redaktor.az-a açıqlamasında keçmiş təhsil naziri Firudin Cəlilov bildirdi ki, Azərbaycanda ruspərəstlər əslində Rusiyaya xidmət edirlər.
"Vaxtilə “ay rus məktəbləri açılmalıdır, rus dilinə önəm verilməlidir, Rusiya belədir…” sözlərini deyənlərə bu sualı verin ki, izah etsinlər. Yazıq azərbaycanlıların günahı nədir ki, evlərində, arvad-uşaq yanında döyülüb, öldürülürlər? Bu suala onlar cavab versin", - deyə keçmiş nazir qeyd etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 İyun 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















