Icma.az
close
up
RU
Azərbaycanda təhsil haqqı 5 min manat olan peşə məktəbləri var AÇIQLAMA

Azərbaycanda təhsil haqqı 5 min manat olan peşə məktəbləri var AÇIQLAMA

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Peşə təhsili müasir iqtisadiyyatın tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında həlledici rol oynayır. Lakin bir çox ölkələrdə bu sahənin inkişaf tempi əmək bazarının sürətli dəyişimi ilə ayaqlaşmır.

Nəticədə, gənclər nəzəri biliklərlə kifayətlənir, praktik bacarıqlar isə arxa planda qalır və işə başlamaqda ciddi çətinliklər yaranır. Buna görə də peşə təhsilinin yenilənməsi və gücləndirilməsi həm dövlət, həm də özəl sektor üçün prioritet istiqamətə çevrilməlidir.

Bəs peşə təhsilinin inkişafını sürətləndirmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ixtisas seçimi üzrə mütəxəssis Rahim Mirzəcan deyib ki, əksər ölkələrdə peşə təhsili əmək bazarına daha çevik çıxış imkanı verdiyi üçün mühüm bir təhsil pilləsi hesab olunur. Azərbaycanda da peşə təhsili müəyyən qədər əlçatan səviyyəyə gəlib, lakin xüsusilə qəbul prosesi zamanı bəzi problemlər ciddi şəkildə hiss olunur:

"Hazırkı qəbul mexanizmi elə qurulub ki, demək olar, hər bir Azərbaycan gəncinin istədiyi peşəyə çatması çətinləşir. Peşə məktəblərinə qəbulun əngəlli olması ilk növbədə texniki imkanlarla, ikinci növbədə isə yüksək təhsil haqları ilə bağlıdır. Məsələn, Avropa ölkələrində peşə təhsili tamamilə pulsuzdur. Hətta başqa ölkənin vətəndaşları belə ödəniş etmədən peşə təhsili ala bilirlər. Bu isə həmin ölkələrdə peşə təhsilinə marağı və təşviqi xeyli artırır".

Onun sözlərinə görə, Azərbaycanda təəssüf ki, illik təhsil haqqı 5000 manat olan peşə ixtisasları mövcuddur:

"Bu isə peşə öyrənmək istəyən gənclər üçün ciddi maneə yaradır. Bununla belə, ali və orta ixtisas təhsili müəssisələri ilə müqayisədə peşə təhsilində tətbiq olunan praktik yönümlü proqramlar gənclərin əmək bazarına daha sürətli çıxmasına imkan verir. Məsələn, universitetdə 4 il təhsil alan tələbə ilə müqayisədə peşə məktəbində 1 il oxuyan bir gənc daha tez əmək bazarına daxil ola bilir. Bu da peşə təhsilinin əhəmiyyətini bir daha ortaya qoyur".

Həmsöhbətimiz qeyd edib ki, peşə təhsilinin inkişafını sürətləndirmək üçün ilk növbədə qəbul prosesi sadələşdirilməlidir:

"Eyni zamanda plan yerləri artırılmalı və geniş təbliğat aparılmalıdır ki, gənclərdə bu sahəyə maraq yaransın. Digər vacib məsələ peşə təhsilinin tamamilə ödənişsiz edilməsidir. Bunun üçün dövlət dəstəyi qaçılmazdır ki, təhsil müəssisələri öz xərclərini qarşılaya bilsinlər".

Rahim Mirzəcan: Lüzumsuz fənlərin proqramdan çıxarılması tədris müddətinin optimallaşdırılmasına imkan verər

Müsahibimiz vurğulayıb ki, tövsiyə edilən başqa bir məsələ peşə təhsilinin müddətinin qısaldılmasıdır: 

"Hazırda Azərbaycanda peşə təhsili 6 aydan 4 ilə qədər davam edir və bu, bəzi hallarda həddindən artıq uzun sayılır. Hər hansı bir peşəyə yiyələnmək üçün 1 il, maksimum 1,5–2 il kifayət edə bilər. Lüzumsuz fənlərin proqramdan çıxarılması və yalnız ixtisas üzrə dərslərin keçirilməsi tədris müddətinin optimallaşdırılmasına imkan verər".

Rahim Mirzəcan söyləyib ki, hazırda Azərbaycan peşə məktəblərində əmək bazarının tələblərinə uyğun müxtəlif ixtisaslar mövcuddur:

"Kənd təsərrüfatı ixtisasları, İKT ixtisasları, İT və kompüter ixtisasları və s. Bu sahələrə maraq da kifayət qədər böyükdür. Lakin keyfiyyətli tədrisin təmin edilməsi üçün bəzi istiqamətlər üzrə xarici mütəxəssislərin dəvət olunması məqsədəuyğun olardı".

Onun dediyinə görə, bütün bu proseslər peşə təhsilinin gənclər üçün tamamilə ödənişsiz olması ilə daha effektiv nəticə verə bilər:  

"Əgər peşə təhsili pulsuz olarsa, həm bu sahənin inkişafı sürətlənər, həm də ölkədə işsizliyin qarşısının alınmasına ciddi töhfə verilər. Hətta hər hansı şəxs rəsmi iş tapa bilməsə belə, peşə bacarığı sayəsində öz kiçik biznesini quraraq fəaliyyətini davam etdirə bilər".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri