Azərbaycanda Rusiyanın GEROFARM şirkətinə məxsus Semavik preparatı qeydiyyata alınıb
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
GEROFARM şirkəti Azərbaycanda Tip 2 şəkərli diabetin müalicəsi və artıq çəki terapiyası üçün tətbiq edilən Semavik preparatını qeydiyyatdan keçirib. Preparatın qeydiyyatı R-Pharm zavodu ("R-Pharm" Şirkətlər Qrupuna daxildir) ilə strateji əməkdaşlığın davam etməsinə töhfədir. Semavik, həm də Tip 2 şəkərli diabetin müalicəsində vahid kardiometabolik yanaşmanı təmin edən kompleks təsir göstərir. Preparat Avropa istehsalı olan inyeksiya formasında da (şpris-qələm) istehsal olunur, 0,25, 0,5 və 1 mq dozaların daxil edilməsinə imkan yaradaraq, pasiyent üçün istifadəni daha rahat edir. Semavikin bir qablaşdırmasının qeydiyyata alınmış qiyməti 153,86 manat təşkil edir. Bu da, ölkə bazarındakı orijinal preparatın dəyərindən 32% aşağıdır.
Azərbaycan Səhiyyə Nazirliyinin statistikasına əsasən, 2024-cü ildə təxminən 715 300 nəfər şəkərli diabetdən əziyyət çəkib. Bununla yanaşı, piylənməsi olan pasiyentlərin sayı demək olar ki, 2 dəfə yüksəkdir (1 530 900 nəfər və ya ölkə əhalisinin 15%-ni təşkil edir). Bu göstəricilər ölkədə artan piylənmə problemi ilə bağlıdır. Tip 2 şəkərli diabeti olan pasiyentlərin 80–90%-nin bu problemlə qarşılaşdığını və piylənmənin insulin müqavimətinin inkişafı səbəbindən əsas təhrikedici faktor olduğunu nəzərə alsaq, artıq çəki ilə mübarizə terapiyanın əsas məqsədinə çevrilir. Məhz buna görə də müasir müalicədə bu patoloji əlaqənin hər iki komponentinə eyni anda təsir göstərə bilən Semavik kimi innovativ preparatlar getdikcə daha çox tətbiq olunur.
Tibb ictimaiyyəti və pasiyentlərin yüksək etimadı sayəsində Semavik preparatı bu gün Rusiyada semaqlutid tərkibli ən populyar preparatdır və Rusiya Federasiyasının aptek şəbəkələrində satış həcminə görə lider mövqe tutur.
R-Pharm əczaçılıq zavodu 2019-cu ildən Pirallahı Sənaye Parkında fəaliyyət göstərir. İstehsalat kompleksi MDB ərazisində ən müasir müəssisələrdən biridir və özündə istehsalat, laboratoriya və logistika bloklarını birləşdirir. Müəssisənin sahəsi 4,6 hektar təşkil edir, istehsal gücü isə ildə 250 milyon ədəd məhsulu ötür.
Beynəlxalq patentləşdirilməmiş adı: semaqlutid. Qeydiyyat vəsiqəsi DV №25-00953, 21.07.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilib. İstifadədən əvvəl tam təlimatla tanış olmaq və həkimlə məsləhətləşmək zəruridir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















