Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Azərbaycanda diabet və piylənmə müalicəsində yeni mərhələ: Semavik qeydiyyatdan keçdi

Azərbaycanda diabet və piylənmə müalicəsində yeni mərhələ: Semavik qeydiyyatdan keçdi

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

GEROFARM şirkəti Azərbaycanda ikinci tip şəkərli diabetin müalicəsi və artıq çəki terapiyası üçün tətbiq edilən, təsiredici maddəsi semaqlutid olan "Semavik" preparatını qeydiyyatdan keçirib. Preparatın qeydiyyatı "R-Pharm" zavodu ("R-Pharm" Şirkətlər Qrupuna daxildir) ilə strateji əməkdaşlığın davamıdır. Preparat ölkədə Danimarkanın "Ozempic" preparatının ilk analoqu olub və artıq aptek şəbəkələrində mövcuddur.

"Semavik" - ikinci tip şəkərli diabetin müalicəsində vahid kardiometabolik yanaşmanı təmin edən kompleks təsirli preparatdır. Əvvəllər Azərbaycan bazarında semaqlutid tərkibli yalnız "Novo Nordisk" şirkətinin şpris-qələmləri təqdim edilirdi. Preparat Avropa istehsalı olan inyeksiya formasında (şpris-qələm) buraxılır ki, bu da 0.25 mq, 0.5 mq və 1 mq dozaların daxil edilməsinə imkan yaradaraq istifadəni pasiyent üçün rahat edir. "Semavik"in bir qablaşdırmasının qeydiyyata alınmış qiyməti 153.86 manat təşkil edib ki, bu da ölkə bazarındakı orijinal preparatın dəyərindən 32% aşağıdır.

Azərbaycan Səhiyyə Nazirliyinin statistikasına əsasən, 2024-cü ildə təxminən 715 300 nəfər şəkərli diabetdən əziyyət çəkib. Bununla yanaşı, piylənməsi olan pasiyentlərin sayı demək olar ki, 2 dəfə yüksək, yəni 1 530 900 nəfərdir. Bu da ölkə əhalisinin 15%-ni təşkil edir. Bu göstəricilər ölkədə artan piylənmə problemi ilə bağlıdır. İkinci tip şəkərli diabeti olan pasiyentlərin 80-90%-nin bu problemlə qarşılaşdığını və piylənmənin insulin müqavimətinin inkişafı səbəbindən əsas təhrikedici faktor olduğunu nəzərə alsaq, artıq çəki ilə mübarizə terapiyanın əsas məqsədinə çevrilir. Məhz buna görə də müasir müalicədə bu patoloji əlaqənin hər iki komponentinə eyni anda təsir göstərə bilən "Semavik" kimi innovativ preparatlar getdikcə daha çox tətbiq olunur.

Preparatın qeydiyyatı "R-Pharm" zavodu ilə strateji əməkdaşlıqda yeni bir addım oldu. Əvvəllər bu tərəfdaşlıq çərçivəsində "R-Pharm"ın Bakıdakı zavodunun istehsal güclərində "RinGlar®", "RinFast®" və "RinFast® Mix 30" insulinlərinin ilk partiyası lokallaşdırılıb və istehsal edilib.

"Semavik"in Azərbaycan bazarına çıxarılması Azərbaycanın əczaçılıq sahəsinin inkişafına əhəmiyyətli təsir göstərəcək. Keyfiyyət və effektivlik baxımından dünya şirkətlərinin məhsulları ilə müqayisə oluna bilən preparat, əhali üçün innovativ dərmanların əlçatanlığının artırılmasına mühüm töhfə verəcək və beynəlxalq əməkdaşlığın inkişafına kömək edəcək", - deyə GEROFARM-ın baş direktoru Pyotr Rodionov qeyd edib.

"Şəkərli diabetin müalicəsi zamanı preparatların geniş seçimi həkimlərə hər bir pasiyent üçün terapiyanı daha asan seçmək imkanı verir. Effektiv preparatlara daha əlçatan qiymətlə çıxış imkanı, maliyyə imkanlarından asılı olmayaraq daha çox sayda pasiyentə kömək etmək imkanlarını genişləndirir və ehtiyacı olan hər kəs üçün keyfiyyətli müalicəyə çıxışı təmin edir", - deyə Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədr müavini, aparıcı endokrinoloq Babək Saleh bildirib.

GEROFARM - dünyanın 14 ölkəsində fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Bu gün şirkət Rusiyada piylənmənin müalicəsi üçün preparatlar bazarında 1-ci yeri tutur və dünyada TOP-10 insulin istehsalçıları sırasına daxildir. Tibb ictimaiyyətinin və pasiyentlərin yüksək etimadı sayəsində Semavik preparatı bu gün Rusiyada semaqlutid tərkibli ən populyar preparatdır və Rusiya Federasiyasının aptek şəbəkələrində satış həcminə görə lider mövqe tutur.

"R-Pharm" əczaçılıq zavodu 2019-cu ildən Pirallahı Sənaye Parkında fəaliyyət göstərir. İstehsalat kompleksi MDB ərazisində ən müasir müəssisələrdən biridir və özündə istehsalat, laboratoriya və logistika bloklarını birləşdirir. Müəssisənin sahəsi 4.6 hektar təşkil edir, istehsal gücü isə ildə 250 milyon ədəd məhsulu ötür.

"Semavik/Semaviс" dərman preparatı. Beynəlxalq patentləşdirilməmiş adı: "Semaqlutid". Qeydiyyat vəsiqəsi DV №25-00953, 21.07.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilib. Əks göstərişlər: preparatın maddələrinə qarşı yüksək həssaslıq; 18 yaşadək uşaq yaşı; hamiləlik və südvermə dövrü. İstifadədən əvvəl tam təlimatla tanış olmaq və həkimlə məsləhətləşmək zəruridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri