Icma.az
close
up
RU
Azərbaycanda Ozempic in ilk analoqu Semavik qeydiyyatdan keçdi

Azərbaycanda Ozempic in ilk analoqu Semavik qeydiyyatdan keçdi

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

GEROFARM şirkəti Azərbaycanda Tip 2 şəkərli diabetin müalicəsi və artıq çəki terapiyası üçün tətbiq edilən, təsiredici maddəsi semaqlutid olan Semavik preparatını qeydiyyatdan keçirib.

Preparatın qeydiyyatı R-Pharm zavodu ("R-Pharm" Şirkətlər Qrupuna daxildir) ilə strateji əməkdaşlığın davamıdır. Preparat ölkədə Danimarkanın Ozempic preparatının ilk analoqu olub və artıq aptek şəbəkələrində mövcuddur.

Semavik — Tip 2 şəkərli diabetin müalicəsində vahid kardiometabolik yanaşmanı təmin edən kompleks təsirli preparatdır. Əvvəllər Azərbaycan bazarında semaqlutid tərkibli yalnız Novo Nordisk şirkətinin şpris-qələmləri təqdim edilirdi. Preparat Avropa istehsalı olan inyeksiya formasında (şpris-qələm) buraxılır ki, bu da 0,25 mq, 0,5 mq və 1 mq dozaların daxil edilməsinə imkan yaradaraq istifadəni pasiyent üçün rahat edir. Semavikin bir qablaşdırmasının qeydiyyata alınmış qiyməti 153,86 manat təşkil edib ki, bu da ölkə bazarındakı orijinal preparatın dəyərindən 32% aşağıdır.

Azərbaycan Səhiyyə Nazirliyinin statistikasına əsasən, 2024-cü ildə təxminən 715 300 nəfər şəkərli diabetdən əziyyət çəkib. Bununla yanaşı, piylənməsi olan pasiyentlərin sayı demək olar ki, 2 dəfə yüksəkdir və 1 530 900 nəfər və ya ölkə əhalisinin 15%-ni təşkil edir. Bu göstəricilər ölkədə artan piylənmə problemi ilə bağlıdır. Tip 2 şəkərli diabeti olan pasiyentlərin 80–90%-nin bu problemlə qarşılaşdığını və piylənmənin insulin müqavimətinin inkişafı səbəbindən əsas təhrikedici faktor olduğunu nəzərə alsaq, artıq çəki ilə mübarizə terapiyanın əsas məqsədinə çevrilir. Məhz buna görə də müasir müalicədə bu patoloji əlaqənin hər iki komponentinə eyni anda təsir göstərə bilən Semavik kimi innovativ preparatlar getdikcə daha çox tətbiq olunur.

Preparatın qeydiyyatı R-Pharm zavodu ilə strateji əməkdaşlıqda yeni bir addım oldu. Əvvəllər bu tərəfdaşlıq çərçivəsində R-Pharm-ın Bakıdakı zavodunun istehsal güclərində RinGlar®, RinFast® və RinFast® Mix 30 insulinlərinin ilk partiyası lokallaşdırılmış və istehsal edilmişdir.

«Semavikin Azərbaycan bazarına çıxarılması Azərbaycanın əczaçılıq sahəsinin inkişafına əhəmiyyətli təsir göstərəcək. Keyfiyyət və effektivlik baxımından dünya şirkətlərinin məhsulları ilə müqayisə oluna bilən preparat, əhali üçün innovativ dərmanların əlçatanlığının artırılmasına mühüm töhfə verəcək və beynəlxalq əməkdaşlığın inkişafına kömək edəcək», – deyə GEROFARM-ın baş direktoru Pyotr Rodionov qeyd edib.

«Şəkərli diabetin müalicəsi zamanı preparatların geniş seçimi həkimlərə hər bir pasiyent üçün terapiyanı daha asan seçmək imkanı verir. Effektiv preparatlara daha əlçatan qiymətlə çıxış imkanı, maliyyə imkanlarından asılı olmayaraq daha çox sayda pasiyentə kömək etmək imkanlarını genişləndirir və ehtiyacı olan hər kəs üçün keyfiyyətli müalicəyə çıxışı təmin edir», – Babək Saleh, aparıcı endokrinoloq, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədr müavini.

GEROFARM – dünyanın 14 ölkəsində fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Bu gün şirkət Rusiyada piylənmənin müalicəsi üçün preparatlar bazarında 1-ci yeri tutur və dünyada TOP-10 insulin istehsalçıları sırasına daxildir. Tibb ictimaiyyətinin və pasiyentlərin yüksək etimadı sayəsində Semavik preparatı bu gün Rusiyada semaqlutid tərkibli ən populyar preparatdır və Rusiya Federasiyasının aptek şəbəkələrində satış həcminə görə lider mövqe tutur.

R-Pharm əczaçılıq zavodu 2019-cu ildən Pirallahı Sənaye Parkında fəaliyyət göstərir. İstehsalat kompleksi MDB ərazisində ən müasir müəssisələrdən biridir və özündə istehsalat, laboratoriya və logistika bloklarını birləşdirir. Müəssisənin sahəsi 4,6 hektar təşkil edir, istehsal gücü isə ildə 250 milyon ədəd məhsulu ötür.

Semavik/Semaviс dərman preparatı. Beynəlxalq patentləşdirilməmiş adı: semaqlutid. Qeydiyyat vəsiqəsi DV №25-00953, 21.07.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilib. Əks göstərişlər: preparatın maddələrinə qarşı yüksək həssaslıq; 18 yaşadək uşaq yaşı; hamiləlik və südvermə dövrü. İstifadədən əvvəl tam təlimatla tanış olmaq və həkimlə məsləhətləşmək zəruridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:627
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri