Icma.az
close
up
RU
Azərbaycanda sabah faiz dərəcələri dəyişəcək?

Azərbaycanda sabah faiz dərəcələri dəyişəcək?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah, martın 12-də Mərkəzi Bank (AMB) bu il ərzində faiz dərəcəsi ilə bağlı ikinci qərarını açıqlayacaq.

Modern.az-ın məlumatına görə, AMB-nin İdarə Heyəti ötən ilin may ayından etibarən uçot dərəcəsini sabit saxlayır.

Hazırda uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% təşkil edir.

Uçot dərəcəsi, bankların Mərkəzi Bankdan borc alarkən ödədikləri faizləri müəyyən edir və ölkə iqtisadiyyatına geniş təsir göstərə bilər. Bu qərarın iqtisadiyyata və maliyyə bazarlarına təsiri böyük əhəmiyyət daşıyır. 

Sabah hansı qərar verilə bilər? Artacaqmı, azalacaqmı, yoxsa sabit qalacaq? 

Uçot dərəcəsinin artırılması bankların Mərkəzi Bankdan borc alarkən ödədikləri faizlərin artmasına səbəb olur. Banklar artan xərcləri müştərilərinə yönəldir və kredit faizləri yüksəlir. Bu, borc götürmək istəyənlər üçün maliyyə yükünü artırır, nəticədə istehlak və investisiya xərcləri azalır.

Kredit faizlərinin artması ilə insanların borc almaq istəyi azalır. Bu da istehlakçıların gündəlik ehtiyaclarını almağa daha ehtiyatlı yanaşmasına gətirib çıxarır. Bu vəziyyət həmçinin istehlak mallarının tələbinin azalmasına və iqtisadi fəallığın zəifləməsinə səbəb ola bilər.

Uçot dərəcəsinin artması inflyasiya ilə mübarizənin bir hissəsi olaraq istifadə edilə bilər. Bankların borc almaq üçün daha yüksək faiz ödəməsi və insanların daha az kredit götürməsi inflyasiyanı səngidə  bilər. 

Uçot dərəcəsinin azaldıldıqda banklar Mərkəzi Bankdan borc alarakən daha az faiz ödəyirlər. Bu bankların müştərilərə daha ucuz kreditlər təqdim etməsinə gətirib çıxarır. Nəticədə istehlakçılar borc almağa daha meylli olurlar və iqtisadi fəaliyyət canlanır.

İnsanlar daha sərfəli şərtlərlə kredit götürmək istəyə bilərlər. Bu xüsusilə istehlak mallarına olan tələbi artıracaq və ümumilikdə istehlakın artmasına səbəb olacaq.

Uçot dərəcəsinin azalması bazarda daha çox pulun dövriyyəyə girməsinə səbəb ola bilər. Artan istehlak və tələbin olduğu şəraitdə inflyasiya təzyiqi yarana bilər. Bu, uzunmüddətli dövrdə qiymətlərin artmasına yol aça bilər.

Uçot dərəcəsi sabit saxlanıldığı halda  Mərkəzi Bankın iqtisadiyyata birbaşa müdaxiləsi azalır və banklar arasında borc alma şərtləri dəyişmir. Bu həm maliyyə bazarlarında, həm də iqtisadiyyatda müəyyən sabitlik yaradır. 

Uçot dərəcəsi sabit saxlanarsa kommersiya banklarının müştərilərə verdiyi kreditlərin faiz dərəcələri dəyişmir. Nəticədə kredit şərtləri eyni qalır və istehlakçılar və müəssisələr maliyyə planlarını daha rahat şəkildə qururlar.

Uçot dərəcəsinin sabit saxlanılması inflyasiyanın nəzarətdə saxlanmasını təmin edə bilər. Əgər inflyasiya münasib səviyyədədirsə Mərkəzi Bank uçot dərəcəsini dəyişdirməyərək qiymət artımını sürətləndirməmək üçün sabitliyi qorumağa çalışacaq. 

Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək.

Azərbaycanda uçot dərəcəsi 2016-cı ildə pik həddə olub. Həmin ilin sentyabrında 9,5 faizdən 15 faizə qaldırılıb. 2009-cu ildə isə 2 faizədək düşüb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri