Əsgərliyə getməyənlər dövlət tədbirində vətənpərvərlikdən oxuyurlar
Icma.az bildirir, Axsham.az portalına istinadən.
“Araşdırın, görün, dövlət tədbirlərində oxuyanların hansı əsgərlikdə olub? Boş-boş oxuyursunuz “Vətən, ölərəm”. Vaxtında 6 ay əsgərlik çəkməyən adamsan, sən Vətən üçün ölənsən? Bizdə özünü olmayan şey kimi göstərmək çoxdur”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov sosial şəbəkədə canlı yayımda deyib. Sənətçi bir çox həmkarının əsgərliyə getməməsindən danışıb. O bildirib ki, vətənpərvər mövzuda mahnı oxuyanların əksəriyyəti əsgərliyə getməyib:
“Kimdə nə yoxdursa, ondan danışır. 1 il 6 ay əsgərlikdə olmuşam. Nə olsun? Gedib vətənin keşiyini çəkənlər qalıb kənarda, əsgərliyə getməyənlərin hamısı dövlət tədbirlərindədir. 1999-cu ildən 2001-ci ilə kimi əsgərlikdə olmuşam. Təzə gedən vaxtı məni o qədər döymüşdülər ki… Əməliyyatdan çıxıb əsgər getmişdim, necə döydülərsə, xəstəxanalıq oldum. İndi elə şeylər yoxdur, o vaxtlar var idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 23 May 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















