Kremlin İrəvana qarşı ticarət savaşı: Gül, tərəvəz, indi də alkoqol...
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya tərəfi Ermənistandan idxal olunan keyfiyyətsiz alkoqollu məhsulları aşkar edib və onların satışını qadağan edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Rospotrebnadzor" (Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət Federal Xidməti) Ermənistanın "Vedi-alko", "Abovyan Konyak Zavodu" və "Şahnazaryan Şərab-Konyak Evi" şirkətlərinin məhsullarında ciddi qayda pozuntuları qeydə alıb. Qadağan olunan məhsullar arasında "Getap Vernaşen" şərabı, həmçinin "Erməni konyakı 5 ulduz" və "Şahnazaryan XO" konyak markaları da var.
Xatırladaq ki, bundan əvvəl "Rospotrebnadzor" Ermənistanın məşhur "Cermuk" mineral suyunun Rusiya ərazisinə idxalını dayandırmışdı. Digər bir nəzarət qurumu – "Rosselxoznadzor" isə mayın 22-dən etibarən Ermənistandan güllərin gətirilməsinə məhdudiyyət qoyub. Bundan əlavə, iki ölkə arasında Ermənistandan idxal edilən meyvə və tərəvəzlərlə bağlı da analoji problemlər yaşanmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 23 May 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















