Azərbaycanda səfirliyini bərpa etməyə hazırlaşır
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Peru Azərbaycanla diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə Bakıdakı səfirliyinin fəaliyyətini bərpa etmək imkanını nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə Perunun “La Razón” qəzeti yazıb.
Nəşr Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini, enerji və ticarət-iqtisadi potensialını diqqətə çatdırıb.
Məqalədə qeyd olunur ki, Peru ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsi həm diplomatik, həm də iqtisadi baxımdan əhəmiyyətli ola bilər.
Xüsusilə iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə diqqət çəkilib. Nəşr Azərbaycanın Peruda mümkün investisiyaları ilə bağlı son məlumatları da xatırladıb.
Bildirilib ki, Bakıdakı səfirliyin fəaliyyətinin bərpası Peru-Azərbaycan əlaqələrinin yeni mərhələyə keçməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə imkan yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 Avqust 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















