Icma.az
close
up
RU
Azərbaycanda sığortalanan əkin sahələri genişlənir

Azərbaycanda sığortalanan əkin sahələri genişlənir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmindən istifadə edənlərin sayı artır və sığortalanan əkin sahələri genişlənir.

“Cebheinfo.az” xəbər verir ki, 2025-ci ildə müxtəlif hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlərin Aqrar Sığorta Fondu tərəfindən qarşılanması, fermerlərə ödənişlərin kəskin artması səbəbindən əkin sahələrinin sığortalanmasına maraq kəskin artıb.

Ötən il ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb.Sığortalanan əkin sahələrinə əsasən buğda, arpa, qarğıdalı, pambıq, digər tarla bitkiləri, bostan və tərəvəz bitkiləri, meyvə bağları və texniki bitkilərin əkiln sahələri daxildir.

Ötən il əkin sahələrinin sığortası üzrə fermerlərlə Aqrar Sığorta Fondu arasında 56 518 sığorta müqavləsi bağlanılıb.
Fermerlərlə Aqrar Sığorta Fondu arasında bağlanan sığorta müqavilələrinin sayı 2024-cü illə müqayisədə 5 %, 2023-cü illə müqayisədə isə 18 % artıb.

Xatırladaq ki, 2023-cü ildə əkin sahələrinin sığortası üzrə təqribən 51 min, 2024-cü ildə isə 56,7 min sığorta müqaviləsi bağlanılmışdı.2025-ci ildə Azərbaycanda 127 min hektar payızlıq arpa sahəsi, 200 min hektar isə payızlıq buğda sahəsi sığorta edilib.

Əkin sahələrinin sığortalanmasından 13 milyon manat aqrar sığorta haqqı toplanılıb. Bunun müqabilində sığorta müqavilələri üzrə əkin sahələrinə 577 milyon manat sığorta təminatı verilib.

Əkin sahələrinə verilən sığorta təminatının məbləği 2024-cü illə müqayisədə 64 milyon manat, 2023-cü illə müqayisədə isə 71 milyon manat artıb.

Xatırladaq ki, aqrar sığorta prosesində 50 %-lik dövlət dəstəyi tətbiq edilir, yəni sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.

Hazırda bütün ölkə ərazisində meyvə bağlarıın sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır. 

Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri