Icma.az
close
up
RU
Azərbaycanda sığortalanan əkin sahələri 341 min hektarı keçib

Azərbaycanda sığortalanan əkin sahələri 341 min hektarı keçib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənir, sığortadan istifadə edən təsərrüfatların sayı artır.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, cari ilin ilk 6 ayında ölkə üzrə 341 min hektardan artıq əkin sahəsi və 3300-dən çox kənd təsərrüfatı heyvanı sığortalanıb.

Hesabat dövründə ölkə üzrə əkin sahələrinin sığortalanması ilə bağlı 54 min 829 sığorta müqaviləsi bağlanılıb və 341 min 224 hektar əkin sahəsi sığortalanıb. Aqrar Sığorta Fondu tərəfindən sığortalana bilən 41 bitki və bitki məhsulundan 32-si üzrə sığorta müqaviləsi bağlanılıb. Bunlara taxıl bitkiləri – arpa, buğda və çəltiklə yanaşı, qarğıdalı, pambıq, qoz, fındıq, alma, nar, şaftalı, üzüm, tütün, nektarin, badam, xurma, gilas, çay, ərik, naringi, armud, zeytun, limon, günəbaxan, qarpız, heyva, portağal, yonca, alça, pomidor, baş soğan və sair daxildir.

Hesabat dövründə Azərbaycanın bütün rayonlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də əkin sahələri sığortalanıb. Sığortalanan əkin sahələrinin böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qarğıdalının (11 min hektar) payına düşür. Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub.

Yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 3344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb və təsərrüfatlara 24,1 milyon manat məbləğində sığorta təminatı verilib.

Ümumilikdə, ilin ilk yarısında təsərrüfatların sığortalanması üzrə 16 milyon 291 min manat sığorta haqqı toplanıb, ümumi sığorta təminatı isə 482,4 milyon manat təşkil edib.

Hazırda ölkədə çəltik və qarğıdalı sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu bu sahədə çalışan fermerləri və təsərrüfatları avqustun 20-dək çəltik və qarğıdalı sahələrini sığortalamağa çağırır.

Xatırladaq ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki və bitki məhsulu, eləcə də mal-qara və xırdabuynuzlu heyvanlar sığortalanır. Aqrar sığortaya dövlət dəstəyi – subsidiya tətbiq edilir, yəni sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığortalaya bilirlər.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri