Icma.az
close
up
RU
Azərbaycanda siyasi məhbus yoxdur, qanun qarşısında hamı bərabərdir

Azərbaycanda siyasi məhbus yoxdur, qanun qarşısında hamı bərabərdir

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri ilə bağlı başlanmış cinayət təqiblərinə dair yayılan məlumatlara münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat qeyd edib ki, bu məsələlərlə bağlı ictimaiyyəti çaşdırmağa yönəlmiş süni ajiotaj yaradılır:

“Elə bir görüntü formalaşdırılır ki, guya bütün dünyanın diqqəti Azərbaycana yönəlib və dünya mediası bu prosesi manşetdə saxlayır. Sosial mediada tirajlanan bu kimi xəbərlər saxtadır və heç bir reallığa söykənmir”.

Bəhruz Məhərrəmov bildirib ki, ayrı-ayrı marjinal şəxslərin həbsi siyasi məhbus anlayışı ilə əlaqələndirilə bilməz:

“Hansısa marqinal ünsürün həbsi heç bir halda siyasi əsir mahiyyəti kəsb etmir. Əksinə, cinayətkarlıqla mübarizə alqışlanmalıdır”.

Deputat vurğulayıb ki, bu həbslərin pislənməsi xarici təsirlərlə bağlıdır:

“Dünyada özünə hörmət edən hər kəs bilir ki, bu həbsləri pisləmək Rusiyanın kəşfiyyat şəbəkəsinin müdafiəsinə qalxmaq deməkdir. Yaradılan süni ajiotaj əslində AXCP-nin özünün ifşasıdır”.

O, AXCP üzvlərinə müraciət edərək Əli Kərimlinin müdafiəsi ətrafında formalaşan mövqelərin suallar doğurduğunu bildirib və qeyd edib ki, Azərbaycan əleyhinə mövqe tutmuş media qurumlarının və təsisatların bu məsələdə fəallığı diqqət çəkir.

Bəhruz Məhərrəmov çıxışında Müsavat Partiyasının üzvlərinə də xitab edib, bəzi siyasi fiqurların demokratiya anlayışı ilə təqdim olunmasını tənqid edib.

Deputat yeni siyasi partiyalar haqqında qanunun siyasi sistemin sağlamlaşması üçün imkan yaratdığını bildirib və hüquq-mühafizə orqanlarını partiyaların qeydiyyat prosedurlarının şəffaflığı məsələsini yenidən araşdırmağa çağırıb:

“Heç bir bazası olmayan qruplaşmaların hansı meyarlara əsasən qeydiyyatdan keçməsi ciddi suallar doğurur. Siyasi sistem hansısa konfiqurasiya naminə çirkləndirilməməlidir”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, hazırda Azərbaycanda nə jurnalist, nə də siyasətçi həbsdədir:

“Bu gün yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən şəxslər var və onlar qanun qarşısında cavab verməlidirlər. Qalib və müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.

Deputat son amnistiya təşəbbüsünə də toxunaraq bildirib ki, bu addım Azərbaycan dövlətinin və Prezidentinin vətəndaşlara, o cümlədən yolunu azmış şəxslərə sahib çıxdığını göstərir və ölkənin daxili işlərinə kənar müdaxilələrə ehtiyac yoxdur.

Afət ZİYADQIZI

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Dekabrın 16-da keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 16 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri