Icma.az
close
up
RU
Qanun qarşısında hamı bərabərdir

Qanun qarşısında hamı bərabərdir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Son 7-8 aydır ki, Qənirə Ataşova adlı şəxs, tibbi sosial probemlər fonunda, özünün şəxsi maraqlarına xidmət edən qaralama kampaniyalarına start vermişdir.
O, özünün facebook və instagram sosial platforma hesablarından (Ganira Atash) paylaşımlar edərək, səhiyyə sahəsində xidmət göstərən bir çox profesional cərrahları, həkimləri və eləcə də kosmetoloqları hədəfə almışdır.
Məsələnin diqqət çəkən tərəflərindən biri də odur ki, Qənirə Ataşova demək olar ki, paylaşdığı məlumatların böyük əksəriyyətini sonradan silmiş, hətda bəzi hallarda öncə tənqid etdiyi həkimləri sonradan tərifləməyə və reklam etməyə başlamışdır.
Əlbətdə, illərdir media sahəsində çalışan peşəkar bir jurnalist kimi baş verən bütün bu hadisələri mən də diqqətlə izləyirdim və peşə etikası çərçivəsində araşdırırdım. Və beləcə, insanların avam yerinə qoyulması da daxil olmaqla, külli miqdarda pulların toplanılması ehtimalı, dövlət qrumları əlehinə təbliğatların aparılması kimi bir çox faktların üstünü açmağa müvəffəq oldum.
Belə ki, Bakının Səbail rayonu ərazisində fəaliyyət göstərən “Falck” klinikasında həkim – kosmetoloq işləyən Gülnar Zeynallı adlı qadın hər yerdə və eləcə də öz instagram səhifəsində özünü həkim terapevt və həkim kosmetoloq kimi təqdim edir.
Bir çox sosial media platformalarında bu ixtisas fəaliyyəti ilə məşğul olmasına və eləcə də, mənşəyi barədə dəqiq məlumatlar olmayan kosmetoloji preparatların istifadəsinin zəruriliyinə dair reklamlar verir.
Hətda hamıya fərəhlə danışır ki, səhiyyə sahəsində çalışan şəxsləri təhdid edərək barələrində paylaşımlar edən Qənirə Ataşovanın həkimidir və Qənirə Ataşovanın himayəsindədir. Qənirə Ataşovanın hansı maraqları çərçivəsində Gülnar Zeynallını qorumasını qoyaq bir kənara. Bəs bizim qanunlarımız nə deyir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 saylı qərarı mövcuddur və həmin qərarın 1.2- ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
Qərarın 2.1-ci maddəsində isə qeyd olunur ki, Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir.
Özünü həkim kimi təqdim edən Gülnar Zeynallını araşdırarkən, bu şəxs özü də etiraf etdi ki, onun Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən verilmiş Sertifikasiya şəhadətnaməsi yoxdur. Həmçinin, bizim sorğumuzu cavablandırarkən, Səhiyyə Nazirliyindən də bildirdilər ki, Gülnar Zeynallı ilə bağlı müvafiq portalda heç bir qeyd mövcud deyil.
Bu zaman sual yaranır; bəs Gülnar Zeynallı hansı əsasla tibbi fəaliyyət göstərir? Onun hazırda işlədiyi Falck klinikası ilə əmək müqaviləsi mövcuddurmu? Hansı vəzifəni icra etməsi üçün onunla əmək müqaviləsi bağlanılıb? Əmək müqaviləsi üzrə Gülnar Zeynallının əməkhaqqı nə qədərdir?
Göstərdiyi xidmətlərin qarşılığında, vətəndaşlar tərəfindən ödənilən ödənişləri Gülnar Zeynallı hansı əsasla özü şəxsən qəbul edir? Hansı əsasla ödəyicilərə qəbz verilmir? Gülnar Zeynallı nə üçün vergidən yayınır?
Gülnar Zeynallı istifadə etdiyi preparatları (dolğular, botokslar və s.) qanunvericilikdə nəzərdə tutulduğu qaydada elektron qaimə əsasındamı alır? Bu preparatların ödənişini Gülnar Zeynallı satıcı şirkətlərə hansı formada həyata keçirir?
Əlbətdə, bütün bu suallara aidiyyatı qrumlar cavab axtarmalıdırlar və həm də cavab verməlidirlər. İndi isə keçək Gülnar Zeynallının sosial media hesablarından paylaşdığı reklamların hüquqi tərəfdən doğru olub olmamasına.
Reklam haqqında Azərbaycan Respublikasının qanununun (bundan sonra qanun) 29 cu maddəsi mövcuddur və bu maddə əsasən dərman vasitələrinin, tibb vasitələrinin, tibbi xidmətlərin reklamını tənzimləyir.
Qanunun 29.2.3-cü maddəsi reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirməsini və eləcə də, 29.2.4-cü maddəsi isə, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmağı qadağan edir. Həmçinin, qanunun 29.2.6-cı maddəsi də, reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat verməyi qadağan edir. Azərbaycan Respublikasının cinayət Məcəlləsində isə, 198-ci maddə var və bu maddənin də, bilə-bilə yalan reklam etmə barədə müvafiq sanksiyalar mövcuddur.
İndi isə 2 sual yaranır.
1. Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
2. Qənirə Ataşovanın adamı olmaq, insanları qanunların tətbiqindən qoruyurmu?
Ümid edirəm ki, ölkəmizdə qanunların icrasına nəzarət edən Azərbaycan Respublikasının Baş Prokurorluğu, səhiyyəmizə cavabdeh olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, eləcə də Dövlət Vergi Xidməti və Dövlət Əmək Müfəttişliyi hamını düşündürən, mənim bu iki sualıma biganə qalmayacaqlar.
Əgər bu gün Qənirə Ataşovanın şəxsi maraqları fonunda tərtib olunan siyahılar əsasında bu qrumlar bir çox insanları araşdırmalara cəlb edərək müvafiq tədbirlər görürlərsə, deməli eyni addımlar Gülnar Zeynallıya və onun çalışdığı Falck klinikasına qarşı da atılmalıdır.
Axı bizim qanunlarımızın hamısında qeyd olunur ki, Qanun qarşısında hamı bərabərdir...
Sima Babayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 May 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri