Icma.az
close
up
RU
Azərbaycanda hamı qanun qarşısında eyni məsuliyyət daşıyır Əli Hüseynli

Azərbaycanda hamı qanun qarşısında eyni məsuliyyət daşıyır Əli Hüseynli

Icma.az bildirir, Modern.az portalına istinadən.

Məlum olduğu kimi, Beynəlxalq Mətbuat İnstitutu (İPİ - İnternational Press İnstitute – Avstriya, Vyana) və Beynəlxalq Media Dəstəyinin (İMS - İnternational Media Support – Danimarka, Kopenhagen) 2026-cı il üçün təsis etdiyi “Beynəlxalq mətbuat azadlığı” mükafatına Azərbaycandan "Abzas Media" və "Meydan TV" də “layiq görülüb”. Yaxın günlərdə Kolumbiyanın paytaxtı Boqotada mükafatın təqdimetmə mərasiminin keçirilməsi də nəzərdə tutulub.
Əvvəla, bu mükafatların siyasi xarakter daşıması  ilk növbədə onunla izah olunur ki, bəzi beynəlxalq media və hüquq-müdafiə təşkilatları Azərbaycanla bağlı məsələlərə hər zaman olduğu kimi, bu dəfə də selektiv yanaşmalarını ortaya qouyublar. Və bu ilk deyil və təəccüb də doğurmur. Lakin təəssüflər olsun ki,  müxtəlif ölkələrdə jurnalistlərlə bağlı hüquqi proseslər olduğu halda, bu tip qurumlar yalnız Azərbaycan kimi ölkələri xüsusi diqqət mərkəzinə çıxarırlar və bununla da "ikili standart"  formulunu tətbiq edirlər. 
Azərbaycanın artmaqda olan tarixi uğurlarını görməzdən gələn bu qurumların hesabat və qərarlarında Azərbaycanın mövqeyinin, xüsusilə regional təhlükəsizlik, müharibə sonrası vəziyyət və xarici təsirlər məsələlərinin zərrə qədər də olsun nəzərə alınmadığı açıq-aydın görünür. Azərbaycanın son illərdə regional layihələr, enerji təhlükəsizliyi və beynəlxalq tədbirlərdə rolunun artması fonunda ölkənin müstəqil xarici siyasəti və geosiyasi əhəmiyyətinin yüksəlməsi bəzi xarici dairələrdə narahatlıq yaradır və tənqid kampaniyaları da məhz bunun nəticəsidir.
Bu baxımdan xaricdə fəaliyyət göstərən və ya xarici qrantlarla işləyən media qurumlarını tam müstəqil təqdim etmək mümkün deyil. Çünki həmin media qurumlarını maliyyələşdirənlər onları Azərbaycana qarşı öz mənfur niyyətlərini həyata keçirmək üçün oyuncaq vasitə kimi istifadə edirlər. Mükafatı təsis edən təşkilatlar riyakarcasına “Abzas Media və Meydan TV”-ni jurnalist fəaliyyətinə görə təzyiqə məruz qalan media qurumları kimi təqdim edir və məhz buna görə mükafatlandırdıqlarını bildirirlər. Azərbaycan hakimiyyəti və rəsmiləri isə ən yüksək kürsülərdən dəfələrlə bəyan ediblər ki, jurnalistlərə qarşı irəli sürülən ittihamlar onların peşə fəaliyyəti ilə deyil, hüquq-mühafizə orqanlarının araşdırdığı konkret cinayət işləri ilə bağlıdır. Hər kəs, nəhayət, anlamalıdır ki, Azərbaycanda siyasi mövqeyindən və fəaliyyət növündən asılı olmayaraq hamı qanun qarşısında eyni dərəcədə məsuliyyətlidir. 
Bu mövqe beynəlxalq tənqidlərə cavab olaraq dəfələrlə səsləndirilib. Bir il bundan öncə AR Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən “Abzas Media işi” çərçivəsində bir neçə əməkdaşının müxtəlif müddətlərə azadlıqdan məhrum edilməsi də tam sübuta yetirilmiş faktlar əsasında verilmiş hökmdür. “Meydan TV işi” ilə bağlı məhkəmə prosesləri isə hələ də davam edir. Odur ki, Beynəlxalq mükafatların məhkəmə qərarları qüvvədə olduğu və ya istintaq dövründə verilməsi həm də hüquqi proseslərə siyasi təzyiq elementi kimi qiymətləndirilməlidir.

Əli Hüseynli, 
Milli Məclisin deputatı 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri