Icma.az
close
up
RU
Azərbaycanda sosial şəbəkədə açıq aşkar silahabənzər oyuncaq SATIŞI

Azərbaycanda sosial şəbəkədə açıq aşkar silahabənzər oyuncaq SATIŞI

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Sosial şəbəkələrdə silah satışı ilə məşğul olan şəxslər var. TikTok"da səhifə yaradan bu şəxslər satdıqları məhsulun keyfiyyətini göstərmək üçün video çəkərək paylaşıblar.

BAKU.WS "olke.az"a istinadən xəbər verir ki, səhifə (adı müəyyən səbəblərdən qeyd olunmur) əsasən qazla işləyən airsoft tapança satışı ilə məşğul olur və qiymətlər 700-850 AZN aralığında dəyişir.

100 metr məsafədən atış etmək mümkün olan bu silahların 1-1.2 kq çəkidə, gülləsinin isə 6 mm-lik xüsusi qırılmayan plastik şariklərdən ibarət olduğu bildirilir.

Həmçinin qeyd olunub ki, silahlar pnevmat və travmat deyil və "strikeball" üçün nəzərdə tutulub.

Silahı satan şəxslər bildiriblər ki, bunun üçün hər hansı icazə sənədi tələb olunmur.

Bəs qanun nə deyir?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi daha əvvəl bununla bağlı məlumat yayıb.

"Respublikamızda 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah əldə etmək hüququ var. Mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Özünümüdafiə silahı - yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.

Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması da DİN-in müvafiq idarəsi tərəfindən yoxlanılır.

Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeydlər aparır".

Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, insanda təşviş yarada biləcək və ya qorxutmaq məqsədilə hər hansısa bir cinayət əməlində istifadə edilmə ehtimalı olan, zahiri görünüşü döyüş silahına bənzəyən xəsarət yetirmə xüsusiyyəti olan silahların satışı qadağandır:

"Sosial şəbəkələrdə açıq-aşkar belə silahların satışı ilə məşğul olan səhifələr nəzarətdə saxlanılır və həmin səhifələri idarə edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir" - deyə o əlavə edib.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:716
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 02:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri