Icma.az
close
up
RU
Azərbaycanda bu zəhərli heyvanın kütləvi SATIŞI BAŞLADI Biri 15 manatdır…

Azərbaycanda bu zəhərli heyvanın kütləvi SATIŞI BAŞLADI Biri 15 manatdır…

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə qara əqrəblərin alqı-satqısı ilə bağlı elanların sayı artıb. Bir çox istifadəçilər bu canlıları 10-15 manata satışa çıxarır.
Bəs əqrəbə bu qədər tələbatın olması səbəbi nədir? Onun zəhəri doğrudan da bu qədər dəyərlidirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən zooloq Təvəkkül İsgəndərov bildirib ki, Azərbaycanda bir neçə əqrəb növü olsa da, qara əqrəbə yalnız Naxçıvan bölgəsində rast gəlinir:
“Qara əqrəb ölkəmizdə nadir hallarda rast gəlinən növdür. Digər – sarı və bəzəkli əqrəblərlə müqayisədə ölçü baxımından daha böyükdür. Sayı azdır, tapılması çətindir və bu səbəbdən də “Qırmızı Kitab” a daxil edilib”.
Zooloqun sözlərinə görə, qara əqrəbin zəhəri arı və ya ilan zəhəri kimi tibbi xammal hesab olunsa da, onun praktik olaraq əldə olunması olduqca çətindir:
“Əqrəb zəhəri bioloji aktiv komponentlərlə zəngindir və bəzi hallarda müalicə məqsədilə istifadə olunur. Lakin bir qram zəhəri almaq üçün 3 mindən çox əqrəb tələb olunur. Bu isə onu ticarət baxımından iqtisadi cəhətdən əlverişsiz edir. Buna görə də bazarda qara əqrəbin satışının zəhər üçün deyil, daha çox dekorativ və kolleksiya məqsədilə həyata keçirildiyini düşünmək olar”.
Ekspert əlavə edib ki, nadir və qorunan növlərin təbiətdən götürülərək satılması ekosistemə mənfi təsir göstərir və müvafiq qurumlar tərəfindən nəzarət olunmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri