Azərbaycanda sosial şəbəkədə saxta profil açmaq qadağan olunur? VİDEO KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Sosial şəbəkələrdə çoxsaylı saxta hesablarla rastlaşırıq. Bu cür feyk hesablardan istifadə edənlərin əksəriyyətinin əsas məqsədi şəxsiyyətini gizlədərək dezinformasiya yaymaq, kimlərinsə ünvanına təhqirlər, söyüşlər və ya narahatedici mesajlar, rəylər yazmaqdır.
KONKRET.az xəbər verir ki, paytaxt sakinləri mövzu ilə bağlı Baku TV ilə fikirlərini bölüşüblər:
“Uşaqlar girir və orada müəyyən bir şeylər var ki, 18 yaşına kimi baxmaq olmaz. Amma baxırlar”.
“Məncə, sosial şəbəkələr ümumiyyətlə olmasa, daha yaxşı olar”, – deyə digər bir sakin vurğulayıb.
Yunanıstanda saxta sosial şəbəkə profili açmaq qadağan olunub. Artıq hökumət bunun qarşısını almaq məqsədilə sosial mediada anonimliyi qadağan edən plan üzərində işləyir. Belə ki, bundan sonra hər kəsin ancaq bir rəsmi hesabı olacaq, yəni hər bir profilin real şəxsə uyğun olması təmin ediləcək. Bəs bu mexanizmi Azərbaycanda tətbiq etmək mümkündürmü?
İKT mütəxəssisi Asim Namazov mövzuya belə açıqlıq gətirib:
“Azərbaycanda da bu istiqamətdə əslində müəyyən addımların atılması mümkündür. Ancaq burada çox incə balans qoyulmalıdır. Bir tərəfdən təhlükəsizlik və etik davranış təmin olunmalı, digər tərəfdən isə şəxsi məlumatların qorunması və istifadəçi hüquqları məhdudlaşdırılmamalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 May 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















