Icma.az
close
up
RU
Azərbaycanda bu heyvanları kəsmək qadağan olunur? VİDEO KONKRET

Azərbaycanda bu heyvanları kəsmək qadağan olunur? VİDEO KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Son günlər ətin qiyməti ilə bağlı müzakirələr gedir. Heyvanların sayının azalmasına, ətin bahalaşmasına səbəb kimi aşağı çəkili heyvanların kəsilməsi də göstərilir. Mütəxəssislər bildirir ki, əsasən də xırdabuynuzlu heyvanlar arasında kütləvi şəkildə azçəkili heyvanlara tələb artdığından, həm qiymət qalxır, həm də qıtlıq yaranır.

KONKRET.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, əvvəllər xırdabuynuzlu heyvanlar 20-22 kiloqrama çatdıqda kəsilirdi, indi 7-8 kiloluq quzulara tələbat artıb. Bu da qiymətə və heyvan sayına mənfi təsir göstərir.

Ötən gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun bu mövzuda açıqlaması oldu. O da təsdiqlədi ki, bu hallar ət bazarına təsirsiz ötüşmür.

Bəzi ölkələrdə müəyyən ölçüdən kiçik olan heyvanlarla bağlı qadağalar var. Məsələn, balıqların ovlanması istiqamətində qərarlar mövcuddur. Avropa Birliyi ümumi balıqçılıq siyasəti çərçivəsində müxtəlif balıq növləri üçün minimum ovlama ölçüsü tənzimləyir. Yaxud ABŞ-ın fərqli ştatlarında federal qaydalara əsasən bəlli ölçüdən kiçik balıqların ovlanması məhdudlaşdırılır. Oxşar qaydalar Kanada, Norveç, Yeni Zelandiya, Avstraliya kimi ölkələrdə də var. Təbii ki, insanlar da öz növbəsində təbiətə zərər vurduqlarını anlayır və kiçik balıqları ovlamırlar.

Azərbaycan əhalisi daha çox qırmızı ət istehlak edir. Ona görə də ölkəmizdə iri və xırda buynuzlu heyvanların kəsiminə bəzi qadağalar tətbiq edilə bilərmi? Məsələn, belə bir qayda qoyula bilərmi ki, 15 kq-dan aşağı çəkidə olan xırdabuynuzlu heyvanlar kəsilərək satılmasın?

Yazını videodan da izləyə bilərsiniz:

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev deyib ki, bu cür qadağalarla məsələni həll etmək mümkün deyil:

“Ət istehsalının artırılması üçün birinci növbədə prosesə təsir edən əsas fundamental səbəbləri ortaya qoymaq, bu problemləri həll etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanda əsas ət istehsalçıları Ceyrançöldə, Küdrü düzündə yerləşən böyük örüş sahələrində cəmləşmişdi. İndi onların hamısı əkin sahələrinə çevrildi. Mal-qara artıq aradan çıxdı, yəni ət istehsalı öz mənbəyini itirmiş oldu. Xırdabuynuzlu heyvanların kəsilməsinə isə tutaq ki, qadağalar qoyuldu. Axı restoranlar da müştərilərə quzu ətindən kabab təqdim edəcəklər. Yəni fikrimcə, inzibati tədbirlərlə yüz faiz effekt almaq olmaz”.

Müsahibimiz bildirib ki, heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına az-çox təsir göstərə bilər:

“Amma ət istehsalında lokomotiv qüvvə deyil. Burada əsas problem dediyim kimi, heyvanların saxlanıldığı ucsuz-bucaqsız sahələrin əkin yerlərinə çevrilməsindən ibarətdir. Bu sahələrin hamısını müəyyən şirkətlər alaraq əkin yerlərinə çevirdilər, heyvandarlıq isə sıradan çıxdı. İndi ət yoxdur, xaricdən idxal edirlər. Monqolustandan, Ukraynadan, Braziliyadan və başqa yerlərdən gətirirlər. Əslində xaricdən ət idxal etmək pis deyil, normal keyfiyyətli ət olandan sonra bu, mümkündür. Ucuz ətdir və özümüz məhsulu həmin qiymətə ortaya qoya bilmiriksə, qoy, camaat bunu ala bilsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Fevral 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri