Icma.az
close
up
RU
Sosial şəbəkədə məmurları tənqid edənlə KONKRET

Sosial şəbəkədə məmurları tənqid edənlə KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev xeyli müddətdir ki, müzakirə predmetinə çevrilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən yeni dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, kütləvi nümayiş zamanı ictimai mənəviyyatı təhqir edən, açıq hörmətsizlik ifadə edən, söyüş, əxlaqsız ifadə və jestlərə, eləcə də milli-mənəvi dəyərlərə zidd vizual məzmunun yayılması məhdudlaşdırılır.

KONKRET.az xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.

“Bu addım niyə atıldı?

Düşünmək olar ki, son illər sosial mediada və bəzi onlayn resurslarda açıq şəkildə etik çərçivəni aşan, təhqiramiz, çılpaq və aqressiv məzmunun artması bu hüquqi tənzimləməni zəruri edib.

Xüsusilə uşaqların və həssas qrupların qorunması, ictimai məkanın minimum etik standartlarla müdafiəsi baxımından qanunun məqsədi anlaşılan və məntiqlidir” – o bildirib.

“Amma dərhal da qeyd etmək istərdim ki, burada risklər də var.

Qanunda işlədilən “ictimai mənəviyyat”, “əxlaqsız ifadə”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar dəqiq tərif olunmadığı üçün subyektiv və seçmə tətbiq riski yaranır.

Məsələn, sosial şəbəkədə bir məmurun fəaliyyəti sərt və bir az da emosional dildə tənqid edilərsə, bu paylaşım “cəmiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilərək silinə və ya müəllif məsuliyyətə cəlb oluna bilər.

Eyni yanaşma bu yanaşmalar kütləvi yayılan satira, performans sənəti, ictimai aksiyalardan görüntülərə və jurnalist materiallarına da tətbiq edilə bilər.

Jurnalistlər, blogerlər və kontent istehsalçıları üçün mesaj: Bundan sonra tənqidlərdə ehtiyatlı olmaqda fayda var.

Söyüş, açıq təhqir və çılpaq vizual görüntülər artıq hüquqi risk və məsuliyyət yaradır. Canlı yayımlar və “story”lər də adi postlar kimi məsuliyyət daşıyır.

Fərqində olmaq lazımdır ki, onlayn mühitdə söyüş, çılpaqlıq, cəmiyyəti aşağılamağa yönəlik hərəkətlər və açıq təhqirlər artıq ifadə azadlığının forması deyil.

Faktlara, arqumentlərə və etik çərçivəyə əsaslanan tənqid isə daha təhlükəsizdir. Qanun niyyət etibarilə etik mühiti, ictimai məkanımızı qorumağa yönəlib. Lakin aydın izahatlar, dəqiq təfsirlər və güclü məhkəmə nəzarəti olmadan onun tətbiqi ifadə azadlığı üçün risklər yarada bilər.

Bəzi ölkələrdə bu tip yanaşmalar mövcud olsa da, çox dar çərçivədə, dəqiq təriflərlə və məhkəmə nəzarəti altında gerçəkləşir.

Təcrübə göstərir ki, demokratik ənənələr zəif olduqda, oturuşmuş sistemlər olmadıqda, məmur özbaşınalığı olduqda bu tip qaydalar hansısa məmur üçün jurnalistləri, ictimai fəalları, blogerləri və tənqidçiləri susdurmaq alətinə də çevrilə bilir.

İnanıram ki yeni normalar ölkədə kontent istehsalı mədəniyyətini yüksələdcək. Keyfiyyətli, arqumentli və etik məzmun istehsalını stimullaşdıracaq.

Ümid edirəm ictimai məkanın, “ictimai mənəviyyat”ın və milli-mənəvi dəyərlərin qorunmasıyla bağlı yeni normalar ictimai mədəniyyəti daha da yüksəldəcək, özünüsenzuraya və tənqidi səsləri susdurmaq alətinə çevrilməyəcək” – Osman Gündüz əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri