Icma.az
close
up
RU
“Sosial şəbəkələrin ən məzmunsuz adamları” adlı siyahı

“Sosial şəbəkələrin ən məzmunsuz adamları” adlı siyahı

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sosial şəbəkələrin ən məzmunsuz adamları” adlı siyahı tərtib olunsa, heç şübhəsiz, yazıçı və şairə, ümumən fikir adamlarının düşüncələrinə “Layk yığmaq üçün belə edir”, “Məşhurlaşmağa başqa yol tapmadın?”, “Bu nə mövzudur, get, başqa şeydən yaz” və.s kimi ağzına gələni danışan adamlar əlavə olunar.

Maraqlıdır, ağlı başında olan və heç bir mənəvi şikəstliyi olmayan bir adam, qarşısındakı fikir adamının düşüncələrinə göstəriş vermək üçün hansı müstəsna həyasızlığa sahib olmalıdır?!

Əvvəla, cəmiyyətdə fikir adamının məşhurluğundan təbii nə var?

Ümumiyyətlə, fikir adamı niyə fərqli düşüncəsini deyərək məşhurlaşmamalıdır?!

Fikir adamı fərqli fikrini niyə deməməlidir?!

Və kimsə, hansı ixtiyarla, hansı mənəvi haqla buna qarşı çıxmalıdır?!

Adətən, bu cür beyninin içi armudu stəkana oxşar varlıqlar demokratiya, söz azadlığı kimi dəyərlərdən də həyasızcasına söz açırlar. Nisbətən fərqli fikirlərə dözümü olmayan, özünün müqəddəs saydığı məsələlərdə əks fikrə dözməyən adamın demokratiya nəyinə gərəkdir? O, demokratiyanı nə edəcək?

İndi bu adamlara hətta ən axmaq fikrin belə demokratik prinsiplərlə deyilməyində heç bir problem olmadığını necə izah edəsən?

Məsələn, təsəvvür edin, Sokrata “Mənim itirmək üçün kədərli nəyimsə yoxdur” fikrinə görə “Nə ağzına gələni danışırsan məşhurlaşmaq üçün, necə yəni yoxdu, ailəni itirsən belə düşünərsən?!” deyilir.

Təsəvvür edin, Avelin Marka “Hər kəsin dəyəri onun nəyə can atmasındadır” fikrinə görə, “Ayə, nə deyirsən? İndi pula can atırıq deyə, dəyərimiz puldadır?!” deyilir.

Qəribədir, deyilmi?

Əlbəttə, qəribədir və bu cür adamlar savadından, yaşından, statusundan asılı olmayaraq birmənalı, qeyd-şərtsiz olaraq cahildir.

Bu cür adam qarşısındakı bir yana, özünə hörmət edə bilərmi?

Özünə hörmət edən adam belə düşük hərəkətlər edər, sözlər deyərmi?

Bəlkə də, kənardan sadə bir məsələ kimi görünür, fəqət olduqca dəhşətlidir. İnsan heçmi utanmaz, az da olsa qızarmazmı? Gecələr yatmazdan əvvəl üzünü tavana tutub “İlahi, mən kiməm? Mən niyə ağzımın danışığını bilmirəm, danışanda hora tökülür? Mən necə bu qədər ədəbsiz ola bilirəm, düşüncə adamına necə deyə bilirəm ki, “eyy, bu nə mövzudur, layk istəyirsən?”

Söz yox, bütün dövrlərdə yazıçıya da, şairə də, filosofa da qarşı çıxıblar. Azdırmı fikirlərinə, düşüncələrinə görə təzyiqlər edilən, öldürülən filosoflar? Məsələn, Sokrat, Fokion, Giordano Bruno və.s

Amerikalı şair Maksvel Bodenheymi öz dostu onu kommunist olduğu üçün öldürmüşdü.

Heç bəlkə də, uzağa getmək lazım deyil. İllər əvvəl evinin qarşısında düşüncələrinə görə bıçaqlanaraq öldürülən Rafiq Tağı da buna bariz nümunədir.

Nə yaxşı ki, klassiklər indiki dövrdə yaşamır. Yoxsa, bu beynini güllə tapa bilməyən adamlar eyni motivlərlə onların da üstünə gedərdi.

Nəsimiyə deyərdilər, “bu nədi, canlı yayımda dərisini soydurur artist!”

Füzuliyə “Yeri get, nə deyirsənsə, dağın başında de”. 

Yəni, elə bu cür, primitiv, mənasız, hörmətsiz.

Görünür, dəyişən təkcə zahiri məsələlərdir, mahiyyətcə heç bir fərq yoxdur. İndi də fikir adamını təhdid edir, fikirlərinə görə aşağılayırlar.

Əlbəttə, qanan qanmayana borcludur, amma ömür uzunu bir tərəfdən kreditlər, bir tərəfdən də belə borclu qalmaq adamı çox yorur.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri