Icma.az
close
up
RU
Azərbaycanda su ehtiyatlarından istifadə üzrə nöqsanlar azalıb

Azərbaycanda su ehtiyatlarından istifadə üzrə nöqsanlar azalıb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 1 saylı Bakı Regional Bölməsi tərəfindən bu ilin aprel ayından etibarən aparılan monitorinqlər zamanı aşkarlanan nöqsanların sayı əhəmiyyətli dərəcədə azalıb.

SİMDNX-dan "APA-Economics"ə verilən məlumata görə, bu sözləri Xidmətin 1 saylı Bakı Regional Bölməsinin rəisi Zaur Hüseynov bu gün keçirilən 2025-ci ilin on ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib.

O qeyd edib ki , ilkin dövrdə 913 nöqsan qeydə alınmışdısa, oktyabr ayına olan rəqəmlər 372-yə düşüb. Bu isə təqribən 60%-lik azalma deməkdir.

Nöqsanların aradan qaldırılması ilə bağlı məlumat verən bölmə rəisi qeyd edib ki , təkcə Abşeron suvarma kanalında inzibati xəta yaratmayan 338 ünvanda su götürmə hallarına rast gəlinib. Aparılan araşdırmalar nəticəsində həmin halların 277-nin qanunsuz olduğu müəyyən edilib və qanunsuz qoşulmalar dərhal aradan qaldırılıb.

“Cənab Prezidentin 4 iyun 2025-ci il tarixli fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 23 maddəsi üzrə protokol tərtib etmək səlahiyyəti ADSEA-ya verildikdən sonra, Xidmətin Bakı Regional Bölməsi tərəfindən ümumilikdə 134 inzibati xəta haqqında protokol tərtib olunub. Onlardan 18-i hüquqi, 31-i vəzifəli, 85-i isə fiziki şəxslərə aiddir. Protokolların 56%-i üzrə nöqsanlar aradan qaldırılıb, digər hallarla bağlı müvafiq təqdimatlar göndərilərək icra üçün əlavə müddət verilib”.

Bölmə rəisinin sözlərinə görə, Hövsan kanalının çirkləndirilməsi ilə bağlı 2 hüquqi və 5 vəzifəli şəxs barəsində inzibati protokol tərtib olunub və məhkəmə qərarı ilə cərimə tətbiq edilib. Göllərin doldurulması ilə bağlı 4, çirkləndirilməsi üzrə isə 25 inzibati protokol rəsmiləşdirilib. Xəzər dənizinə münasibətdə də qanun pozuntuları qeydə alınıb: ümumilikdə 15 protokol tərtib edilib ki, bunlardan 5-i çirkləndirmə, 10-u isə sahil mühafizə zolağının zəbt edilməsi ilə bağlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri