Icma.az
close
up
RU
Su ehtiyatlarından necə istifadə edilir?

Su ehtiyatlarından necə istifadə edilir?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bir qrup əməkdaşı “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinq və qiymətləndirilməsi məqsədilə regionlarda səfərdə olub. Onlar strategiyada nəzərdə tutulan tədbirlərə və uğurla icra olunan layihələrə yerində baxış keçiriblər.

Nümayəndə heyətinə Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də yerli icra qurumları əməkdaşlarının da daxil olduqları səfər çərçivəsində Şabran rayonunda Taxtakörpü su anbarı, suvarılan torpaqlar üçün mövcud suvarma kanallarının yaxşılaşdırılması, Quba rayonunda içməli su təhcizatı üzrə 6,5 kilometr magistral su kəməri və sutəmizləyici qurğu mərkəzi və Qudyalçayda sahilbərkitmə işləri, Qırmızı qəsəbədə yaşayış evlərinin və həyətyanı sahələrin sel və daşqın sularından mühafizəsi ilə bağlı görülən işlər təhlil edilib.

Sonra Qusar rayonunda Samur – Abşeron kanalı, Xaçmaz rayonunda Vəlvələçay keçidində 1-ci Şollar su kəmərində sel sularından mühafizə sistemi, Qəbələ rayonunda Türyançay sol və sağ sahil kanallarının yenidən qurulması, Oğuz rayonunda Oğuz – Qəbələ – Bakı su kəməri, Əlicançay su anbarının tikintisi, Şəki rayonunda Kişçay və Qanıxçayın betonlanması və təmizlənməsi, Mingəçevir su anbarında və Şəmkirçay su anbarında həyata keçirilən yenidənqurma layihələri ilə ətraflı tanışlıq olub.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sözügedən milli strategiya çərçivəsində nəzərdə tutulan layihələr uğurla icra olunur, irimiqyaslı layihələr üzrə işlər sürətlə davam edir. Həmin strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, bu sahədə idarəetmənin müasirləşdirilməsini nəzərdə tutur.

Strategiyanın icrası çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, su ehtiyatlarının səmərəli idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, su təhlükəsizliyinin gerçəkləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatları potensialından istifadə layihələri uğurla icra olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli sərəncamına əsasən, adı çəkilən milli strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri