Azərbaycanda su təchizatı infrastrukturu ilə bağlı layihənin icrasının vaxtı AÇIQLANDI
Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda fevralın 15-dən etibarən su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanılacaq.
Manset.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müşaviri Etibar Məmmədov Bakıda keçirilən "Su şəbəkəsinə qoşulma" işçi qrupunun təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq genişləndirilib və aidiyyəti qurumlar prosesə fəal şəkildə qoşulub: "Görülən işlər nəticəsində bəzi çətinliklərə baxmayaraq, ciddi irəliləyiş əldə olunub və layihənin icrası tam gücü ilə davam etdiriləcək".
Bildirib ki, ADSEA layihənin həyata keçirilməsi çərçivəsində su şəbəkəsinə qoşulma qaydaları ilə bağlı təqdimat keçirməyi planlaşdırır:
"İştirakçılar təqdimat zamanı proseslə bağlı suallarını verə biləcək və mövzu geniş müzakirə olunacaq. Layihəyə sadəcə müşahidəçi kimi deyil, tam tərəfdaş kimi yanaşmağın vacibliyini vurğulamaq istəyirik".
Bununla yanaşı, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prosesləri sürətləndirməsinin vacibliyini qeyd edib: "Yanvarın 16-dan etibarən bu quruma müvafiq sənədlər təqdim olunub. Yeni qaydalara əsasən, bir ay müddətində istehlakçıların tələblərinə cavab verilməli və texniki şərtlər təmin olunmalıdır ki, su təchizatı şəbəkəsinə qoşulmada bürokratik maneələr yaranmasın".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















